Turizm destinasiyaları:
Fransa, Carcasson
Çin, Nanluoguxiang, Beijing
Çexya,Praqa Stare Mesto
Tiblisi, Old city
Polşa, Old city
Roma, Kolizey
İspanya, Madrid Old city
Fransa, Carcasson, qala divarları ilə əhatə olunmuş, 2500 illik bir tarixə malik olan
qədim şəhərdir. 3 kilometrlik qala divarları ilə əhatə olunan şəhər 52 qüllədən ibarətdir.
Bu şəhərin ətrafında çoxlu restoran, kafe, suvenir əşyaları satan köşklər, muzeylər
vardir. 1997 – ci ildə UNESCO mədəni irs siyahısına daxil edilmişdir.
70
Nanluoguxiang, Beijing, Nanluoguxiang Beijing şəhərinin içərisində yerləşən
qədim şəhərdir. Bu şəhər dar küçələri ilə məşhurdur və özünəməxsus köhnə və yeni
tikililəri ilə turistləri cəlb edir.
Praqa, Stare Mesto, Praqa şəhərinin mərkəzində, Köhnə Şəhər meydanında
yerləşən qotik üslublu şəhərin köhnə idarəetmə orqanı və hökümət binasıdır. Kompleks
dörd evdən ibarətdir (Volf Kamene evi, xəzçi Mikşanın evi, Xoruz evi və Dəqiqə evi),
meydanın ətrafındakı bu binalar Praqa Köhnə Şəhər magistratının ehtiyacları üçün
tədricən bir-biri ilə birləşdirilmişdi. Ratuşanın əsas binasında muzey vardır, burada
müxtəlif sərgilər keçirilir, həmçinin xüsusi zalda təntənə ilə nikah mərasimləri qeyd
olunur. Ratuşa fasadının eni 67 metr, qüllənin hündürlüyü isə 69,5 metrdir. Stare Mesto
İçərişəhərdə yerləşən XIX əsr binalarını xatırladır.
3.3.5 Korrelyasiya analizi
Korrelyasiya dəyişənlər arasında qaşılıqlı asıllılıq deməkdir. Korrelyasiya əmsalı isə
dəyişənlər arasında qarşılıqlı asıllığın gücünü göstərir. Yəni əgər dəyişənlər müəyyən
zaman intervalında qarşılıqlı əlaqəli davranış göstərirlərsə (davranış eyni istiqamətli və
əks istiqamətli ola bilər) o zaman korrelyasiya mövcud olduğunu qəbul edirik.
Korrelyasiya analizində İçəriçəhər və Qız Qalası abidəsinə 2014, 2015, 2016, 2017,
2018 – ci illər ərzində baş çəkən turistlər öz əksini tapmışdır. Aparılan korrelyasiya
analizin nəticəsinə əsasən ölkəmizə səyahət edən və İçərişəhərə, tarixi məkanlarımıza baş
çəkən turistlər arasında müsbət xətti əlaqə mövcuddur. Burada əsasən analizimiz göstərir
ki, 2014 – ci il tarixindən başlayaraq hansı ki, Birinci Avropa oyunlarının ölkəmizdə baş
tutması turist axınına səbəb olmuşdur. Növbəti illərə nəzər salsaq Bakı İslam oyunları,
Formula 1 Grand Prix dünyaca məşhur oyunlarının ölkəmizdə keçirilməsi qeyd edilən
illər ərzində ölkəyə aturist axınına səbəb olmuşdur.
71
Cədvəl 3.5.
İllər üzrə İçərişəhər və Qız qalasına baş çəkən turistlər
2014
2015
2016
2017
2018
Qız Qalası (nəfər)
182857 189290 195949.3 202842.9 209979
İçərişəhər (nəfər)
201255 209281 215821.4 214856.8 229587
Dostları ilə paylaş: |