Birinci fəsil: Mədəni hücum və mədəni mübadilə


- Cümə namazlarına əhəmiyyətli yanaşmaq



Yüklə 416,28 Kb.
səhifə52/73
tarix25.12.2016
ölçüsü416,28 Kb.
#3078
1   ...   48   49   50   51   52   53   54   55   ...   73
12- Cümə namazlarına əhəmiyyətli yanaşmaq

Biz İslam Respublikası quruluşunda iman və duyğularımızla hərəkət edirik. Bu həqiqətdir. Təbii ki, bir ölkə və bir xalq kimi bizim potensial imkanlarımız olduqca çoxdur. Bizim bu qədər təbii qaynağımız, yüksək istedadlı insan kapitalımız var. Hələ ki, Allaha şükür, ölkə məmurlarının yüksək səviyyəli inqilabi idarəçilik təcrübəsi var. Lakin o qaynaqların çıxarılmasından, sənayemizin lazımi formaya düşməsindən və ölkənin düzgün inkişafından öncə bizim ixtiyarımızda olan, razılıq və dəstəkləri bütün mərhələlərdə ölkə məmurlarına arxa duran xalq var. Bu xalqın imanı çox yüksək olsa da, çatışmazlıqlara, nöqsanlara, düşmən, hətta bəzən dost tərəfindən beyinlərə salınan fikirlərə görə ruhiyyəsinin zəifləməsi mümkündür.

Bu qalanı qoruyan xalqın imanı və əhval-ruhiyyəsidir. Bəs xalqdakı bu amilləri kim qoruyur? Mənim fikrimcə, xalqda iman və ruhiyyəni qoruyan ən mühüm amillərdən biri cümə namazları, cümə xütbələri, xalqın cümə namazında mənəvi iştirakı, xalqın qəbul etdiyi etimadlı bir insanın hər cümə ölkənin vəziyyətini izah etməsi, insanlara nəsihət verməsi və istiqamətlərini düzəltməsidir. Mənim fikrimcə, bu bizim ictimai quruluşumuzu qoruyan mühüm şərtlərdən biridir. Tarixdə də belə olmuşdur. Həm əziz İslam Peyğəmbərinin (s) və ədalət imamlarının özləri, həm də Əməvi və Abbasi dövrünün zalım xəlifələri və onların əyalətlərdəki əmirləri hakimiyyətlərini gücləndirmək üçün cümə namazından istifadə etmişlər. Təbii ki, zalım xəlifələrin cümə namazları həqiqi namaz deyildi, amma təqvasız əməlləri ilə insanları təqvaya çağırmaları da müəyyən təsir buraxırdı. Mən bəzən belə şah və əmirlərin xütbələrini mütaliə edir və sözlərinin çox təsirli olduğunu görürəm. Quruluşları zülmə, ayrıseçkiliyə və azğın əməllərə əsaslanan batil quruluş idi. Məsələn, Əməvilər dövründə İraqın valisi olan Həccac, yaxud Yusif ibn Ömər Səqəfi belə olmuşlar.

Bu tirbunanın əhəmiyyəti böyükdür. İndi haqq imaməti və vilayəti əsasında yaranmış, cümə imamlarının həqiqətən mömin, təqvalı, sədaqətli, tamahsız, iddiasız, bunu dünyəvi bir vəzifə bilməyən mənəvi və ruhani insanların olduğu bir haqq quruluşunda bu tirbunanın cəmiyyətin mənəviyyatını və təhlükəsizliyini qorumaq üçün təsirləri olduqca böyükdür. Bu olmasaydı, mən inqilabın və xalqın psixoloji vəziyyətinin necə olacağını təsəvvür etmirəm. Bu, inqilabın faydalarından biri idi və imam bu məqama əhəmiyyətli yanaşırdı. Mən özüm Tehranın cümə imamlığına təyin olunanda həzrət imamın yanına getdim və cümə imamlarının seminarının keçirilməsini təklif etdim. O zaman cümə imamlarının sayı bu qədər deyildi. Mən dedim ki, indi ölkə boyu cümə imamı olan bu qədər möhtərəm din alimimiz var və bu, cəmiyyətin mənəvi idarəsi, ölkənin iman qalasını qorumaq üçün bir ümumrespublika şəbəkəsidir. Əgər razı olsanız, bu şəbəkəni bir-birinə birləşdirib, cümə imamlarından ibarət bir şəbəkə yaradaq, insanları bir-birinə calayaq, sonra bu təşkilatla İslam dünyasının cümə imamları arasında konfranslar keçirək. İmamın çox xoşuna gəldi və müsbət qarşıladı. Biz Quma gedib Feyziyyə mədrəsəsinin kitabxanasında keçirilən ilk seminarı təşkil etdik, bu işin əsası qoyuldu və Allaha şükür ki, bu günədək davam edir. Cümə imamlarının təşkilatlanması və bu zümrəyə ölkənin və xalqın iman və mənəviyyat qalası kimi baxmaq olduqca əhəmiyyətlidir. Bu əsla diqqətdən kənarda qalmamalıdır. Lakin bu şəbəkənin həqiqətən tam bir qala kimi çalışması üçün onun toplantıları vaxtlı-vaxtında və daim keçirilməlidir.

Mən təkidlə tövsiyə edirəm ki, cümə imamlarının seminarları - istər vilayət seminarları, istər bəzən bir neçə vilayətin bir yerdə keçirdiyi seminarlar əsla dayanmasın və müntəzəm fəaliyyət göstərsin.

Mən katibliyin möhtərəm əməkdaşlarına da təkidlə tövsiyə edirəm ki, cümə imamlarının toplantısı həqiqi bir seminar kimi müntəzəm və daimi olaraq keçirilsin, ciddi iş sayılsın və sadə bir toplantı kimi qəbul olunmasın. Seminarda hamının ortaq məsələlərdə vahid baxışa malik olub, vahid yol seçməsi üçün təşkilata aid məsələləri elmi və əsaslı şəkildə bəyan edirlər. Bəzən təcrübə və tədqiqatlardan da istifadə edirlər, mütəşəkkillik yaranır və səviyyə yüksəlir. Yaxşı bir seminarda bu iki xüsusiyyət olmalıdır: əvvəla təşkilat üzvlərinin səviyyələrini bir-birinə yaxınlaşdırmalı, ikincisi isə ümumi səviyyəni yüksəltməlidir. Yəni keçirilən hər bir seminardan sonra sizin şəhərinizdəki cümə tribunasının mənəvi təməlinin keçmişdəkindən gücləndiyinə şahid olmalıyıq və bu, tribuna üzərində birbaşa təsirini göstərməlidir. Sonra inşallah seminarları beynəlxalq konfransa çevirərik. Olduqca lazımlı və faydalı olan Cümə imamlarının beynəlxalq konfransı çoxdandır keçirilmir.453


Bir şəhərdə cümə xütbəsindən gözlənilən bu deyil ki, biz bir söhbət hazırlayıb minbərdə danışaq. Əslində gözlənti daha böyükdür. Gözlənti budur ki, siz xəstəliyi axtaran, tapan, çox zəhmətlə dərmanını hazırlayan, bu dərmanı yaranın üzərinə qoyan, yaxud xəstəyə içirən bir həkim kimi olmalısınız. Bizim vəzifəmiz bu deyil ki, deyək: "Biz dedik; kim əməl etmək istəyirsə, etsin". Hakimiyyətin müsəlmanların əlində olduğu, cəmiyyətin idarəsinin bizim üzərimizə düşdüyü, xüsusən də düşmənlərimizin İslam təlimlərini beyinlərdən çıxarmağa çalışdığı bir dövrdə vəzifəmiz yalnız bir söhbət hazırlamaq, sonrası ilə maraqlanmamaq deyil, biz sözü ürəklərə çatdırmalıyıq: "Peyğəmbərin öhdəsinə düşən isə yalnız çatdırmaqdır". Çatdırmaq lazımdır və biz çatdırmalıyıq; havaya tullamamalıyıq ki, kim tutursa-tutsun. Mən bunu bir problem kimi görürəm. Düzdür, bilirəm ki, cənablar çalışır, zəhmət çəkirlər, bir şəhərdə cümə imamına çoxlu müraciətlər edilir, xalqın ondan gözləntisi böyükdür, xalqla işləyir, idari və siyasi işlər görür. Xalq bir çox problemlərin həllini ondan istəyir, hətta bəzi sadəlövhlər əmmaməli olduğuna görə problemlərdə onu günahlandırırlar. Mən bunları bilirəm, lakin bu çətinliklərə üstün gəlmək və əsas vəzifəni tapmaq lazımdır.454
Bu gün xalqın ümidi ruhanilərədir, xalqın mənəvi dayağı ruhanilərdir və ölkənin hər bir yerində onların ən böyük nümayəndələri cümə imamlarıdır. Düzdür, elm hövzələrində və digər elm mərkəzlərində böyük müctəhid və müəllimlər var, lakin onlar ölkənin bəzi yerlərinə məxsusdurlar. Ölkənin hər bir yerində olanlar isə cümə imamlarıdır. Onlar həm bütün ruhanilərin nümayəndələridir, həm də quruluşun İslam quruluşu olduğuna görə onun nümayəndələri. Odur ki, həmin əhəmiyyətli mərkəzdə bu baxışla fəaliyyət göstərməli və çıxış hazırlamalısınız.

Cümə xütbələrini cəlbedici etmək, gəncləri ona cəlb etmək lazımdır. Sağlam təbiətin qaçdığı amillərdən uzaqlaşmaq, ruhanidən imanı alan məsələlərdən çəkinmək lazımdır. Ruhanilərin əsas vəzifələrindən biri onlara olan inamı qorumaqdır. Çünki ruhanilərə inam həmişə dinin özünə inamla yanaşı olmuşdur. Ruhaniləri qəbul etməyən və eyni zamanda dinin özünə düzgün etiqadı olanlar az olmuşlar. Bəzi adamlar iddia ediblər, lakin biz az görmüşük. İnsanlar dini bu yolla anlayırlar. Onların dinə inamları bu təbəqəyə inamla birgə olmalıdır.455




Yüklə 416,28 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin