Səhmdar cəmiyyətinin tipləri
Açıq və qapalı səhmdar cəmiyyətləri
ASC və QSC-nin əsas fərqləndirici əlamətləri səhmlərin yerləşdirilmə şərtləri və
qaydası, eləcə də səhmlərin özgəninkiləşdirilməsi və əldə edilməsi üzrə
üstünlük hüquqlarından ibarətdir. ASC-nin səhmləri açıq yerləşdirilir və
səhmdarlar məhdudiyyətsiz olaraq səhmlərini satmaq hüququna malikdirlər.
QSC-nin səhmləri yalnız əvvəlcədən müəyyən olunmuş şəxslər arasında
yerləşdirilir. QSC səhmdarları digər səhmdarlar tərəfindən satılan səhmlərin
üçüncü şəxslərə təklif olunan qiymətə əldə edilməsində üstünlük hüququna
malikdirlər. Digər səhmdarlar öz üstünlük hüququndan istifadə etmədikdə
səhmdarlar tərəfindən satılan səhmlərin alınmasında üstünlük hüququna QSC
özü də malik ola bilər (MM-nin 101-ci maddəsi). Bu hüquq şirkətin
nizamnaməsində əks olunduğu halda, tətbiq edilə bilər. Ümumiyyətlə, bir sıra
məsələnin məhz şirkətin nizamnaməsi ilə müəyyənləşdirildiyini nəzərə alaraq
sahibkarlar biznesin qurulması mərhələsinə kifayət qədər ciddi yanaşmalıdırlar,
qanunvericiliyin
ümumi
normalarını
nizamnamələrdə
təkrarlamaq
təcrübəsindən qaçaraq onların tələblərinə cavab verən və gələcəkdə yarana
biləcək risklərin azaldılmasına yönələn daha peşəkar hüquqi konstruksiyalardan
istifadə etməlidirlər. Qeyd etmək lazımdır ki, QSC-də səhmdarların səhmləri
62
əldə etməkdə üstünlük hüququnu müəyyən edən norma imperativ xarakter
daşıyır və o, təsis müqaviləsi və ya nizamnamə ilə məhdudlaşdırıla bilməz.
90
Beləliklə, QSC-nin səhmdarları və müəyyən hallarda şirkətin özü səhmdarlar
tərəfindən satılan səhmləri əldə etmək üçün üstünlük hüququndan istifadə
etmək istədikləri halda, onlar səhmləri üçüncü şəxsə təklif olunan qiymətlə
almağa razılaşmalıdırlar. Əgər şirkət və ya digər səhmdarlar tərəfindən satılan
səhmlərə görə təklif etdikləri qiymət üçüncü şəxsə təklif olunan qiymətdən
aşağıdırsa, onda səhmdar səhmlərini digər şəxsə satmaq hüququna malik olur.
Öz səhmlərini üçüncü şəxsə satmaq arzusunda olan səhmdar bunu digər
səhmdarlara və şirkətə yazılı şəkildə bildirməli və səhmin satışının qiyməti və
digər şərtləri qeyd etməlidir.
Hesab edirik ki, bu halda bildiriş müqavilə bağlanması haqqında təklif (oferta)
kimi qiymətləndirilməlidir. Çünki o, ofertanın bütün əlamətlərinə cavab verir:
konkret şəxslərə ünvanlanıb, bütün zəruri şərtlərə malikdir. Əgər səhmdarlar
(və ya şirkət) 30 gün
91
ərzində satışa çıxarılan bütün səhmlərin əldə olunması
üzrə üstünlük hüququndan istifadə etməzlərsə, onda səhmlər şirkətə və onun
səhmdarlarına bildirilmiş qiymət və şərtlərlə üçüncü şəxsə satıla bilər.
Nəzərə almaq lazımdır ki, QSC-nin səhmlərinin əldə edilməsi üzrə üstünlük
hüququ
səhmdarın
səhmləri
pulsuz
özgəninkiləşdirməsi
(bağışlama
müqaviləsinə əsasən) və ya səhmlərin vərəsəlik qaydasında digər şəxsin
mülkiyyətinə keçməsi hallarında tətbiq olunmur.
Hesab edirik ki, üstünlük hüququ pozularaq bağlanmış alğı-satqı müqaviləsi
etibarsız hesab edilməməlidir, çünki ilk növbədə müqavilələrin etibarsız hesab
edilməsi üçün əsaslar qanunvericilikdə qeyd edilib və həmin siyahıda üstünlük
hüququnun pozulduğuna görə əqdin etibarsız hesab edilməsi haqqında norma
yoxdur. Bununla yanaşı, üstünlük hüququnun pozulması ilə bağlanmış əqdi
90
MM-nin 101.1-ci maddəsi
91
MM-nin 101.1-ci maddəsi
63
əhəmiyyətsiz də hesab etmək olmur, çünki MM-də yalnız yalan və uydurma
əqdlər əhəmiyyətsiz əqdlərə aid edilib. Qeyd edək ki, MM-də əvvəl 338-ci maddə
mövcud idi və orada qeyd edilirdi ki, MM ilə müəyyənləşdirilmiş qaydaları və
qadağaları pozan əqd, əgər MM-də bu cür əqdin əhəmiyyətsiz olduğu
müəyyənləşdirilməyibsə və ya pozuntunun digər nəticələri nəzərdə
tutulmayıbsa, etibarsızdır. Bu norma mövcud olsa idi, üstünlük hüququnun
pozulması ilə bağlanmış əqdin etibarsızlığını və ya əhəmiyyətsizliyini iddia
etmək olardı. Lakin bu maddə 2005-ci ildə məcəllədən çıxarılmışdır
92
.
Hüquqi şəxslərə aid normalar arasında bu pozuntunun nəticələrinə dair heç bir
norma olmadığından düşünürük ki, qanun analogiyası
93
üzrə paylı mülkiyyətdə
satın
almada
üstünlük
hüququna
dair
normaları
tətbiq
etmək
məqsədəuyğundur.
94
Beləliklə, səhmlər üstünlük hüququ pozularaq üçüncü
şəxsə satıldıqda maraqlı şəxs (digər səhmdar, şirkət) məhkəmə qaydasında
həmin səhmlərin alıcısının
95
hüquq və öhdəliklərinin ona keçirilməsini tələb
etmək hüququna malikdir.
96
Maraqlı şəxs üç ay ərzində bu tələblə məhkəməyə
müraciət edə bilər. Məhkəmələr üstünlük hüququnun pozulması ilə bağlı işlərdə
bütün iştirakçıların maraqlarını qorumaq məqsədilə satılmış səhmlərin
qiymətinə bərabər məbləği təminat üsulu kimi məhkəmənin depozit hesabına
qoymağı alıcının hüquq və öhdəliklərinin özünə keçirilməsini tələb edən
iddiaçıdan tələb etməlidir. Çünki məhkəmədə iddia qaldırması faktı onu ehtiva
edir ki, üstünlük hüququ pozulmasa idi, iddiaçı həmin məbləği ödəməyə hazır
idi. Yəni həmin depozit iddiaçının ödəmə qabiliyyətini sübut etmiş olur.
92
24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və
bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq
edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan
Respublikasının Qanunu
93
Maraqlıdır, görəsən, nə qədər məsələni analogiya ilə həll etmək məcburiyyətindəyik?
94
Qeyd etmək istəyirik ki, bu normanın tətbiqi şirkətin (ya onun əmlakının) səhmdarların paylı mülkiyyəti olduğunu əsla
ehtiva etmir. Burada əsas məqam ümumi paylı mülkiyyət məsələsi yox, həmin mülkiyyətin sahiblərinin satınalmada
üstünlük hüququna malik olması faktıdır.
95
Maddədə səhvən “alıcının” sözü əvəzinə “satıcının” sözü yazılıb.
96
MM, maddə 218.1.
64
Həmçinin məhkəmə faktiki alıcının maraqlarını qorumuş olur, əks halda faktiki
alıcı səhmləri və satıcıya ödədiyi pulu itirmiş olur. Bu, əlbəttə ki, ədalətsiz olar.
Müvafiq depoziti tələb etməklə məhkəmələr “lazımsız” iddialardan da qurtula
bilərlər. Müəyyən hallarda satılan səhmlər üçün müvafiq qiyməti ödəmək
imkanının olmamasına rəğmən, səhmdarlar sadəcə əlavə “baş ağrısı” yaratmaq
məqsədilə məhkəməyə müraciət edirlər. Hesab edirik ki, eyni yanaşma MMC-
nin payının alınmasında üstünlük hüququ pozulması haqqında məkhəmə
mübahisələrində tətbiq edilməlidir.
ASC-nin və QSC-nin fərqləndirilməsinin növbəti meyarı QSC üçün iştirakçıların
sayı üzrə müəyyən olunmuş məhdudiyyətdir ki, buna uyğun olaraq, sonuncuda
50-dən çox səhmdar ola bilməz.
97
Açıq və qapalı SC-lərin növbəti fərqi ASC-də işlərin açıq şəkildə aparılmasının
zəruriliyindən ibarətdir: illik hesabat, illik mühasibatlıq hesabatı, emissiya
prospekti, səhmdarların ümumi yığıncağının keçirilməsi haqqında və sair
məlumatlar kütləvi informasiya vasitələrində dərc edilməlidir. Bu tələblər açıq
yerləşdirmə yolu ilə və ya fond birjasında açıq dövriyyədə olan səhmləri əldə
edən potensial investorları və mövcud səhmdarları informasiya ilə təmin etmək
məqsədini daşıyır. QSC öz fəaliyyəti haqqında müəyyən məlumatı yalnız
qanunvericilikdə nəzərdə tutulmuş hallarda açıqlayır.
Nəzərdə saxlamaq lazımdır ki, SC-nin "açıq" və "qapalı" tipləri ayrı-ayrı təşkilati-
hüquqi forma deyil. Hər iki tip bir təşkilati-hüquqi formanın çərçivəsində
mövcuddur və SC-nin tipinin dəyişməsi hüquqi şəxsin yenidən təşkili kimi
qiymətləndirilməməlidir. SC-nin tipinin dəyişməsi şirkətin ümumi yığıncağının
qərarı ilə onun nizamnaməsinə dəyişikliklərin daxil edilməsi və müəyyən
olunmuş qaydada dövlət qeydiyyatından keçməsi ilə həyata keçirilir. Qeyd edək
97
Nazirlər Kabinetinin 224 №-li Qərarı, 23.12.2000
65
ki, MM-in 100-cü maddəsində səhmdarların sayının il ərzində 50-ni aşdığı
hallarda QSC-nin ASC-yə çevrilməsi zəruriliyi haqqında imperativ norma
mövcuddur. Hesab edirik ki, həmin maddədə “çevrilmə” ifadəsinın istifadəsi
düzgün deyil, çünki MM-in 55-ci maddəsi ilə nəzərdə tutulmuş yenidən təşkilin
bir forması ilə eyniləşdirilir.
Tiplərə görə təsnifatla yanaşı, qüvvədə olan qanunvericilik şirkətin fəaliyyət
sahəsindən asılı olaraq, SC-ni növlərə ayırır. SC-lər fəaliyyət sahəsinə görə bank,
investisiya və sığorta sahələrinə bölünür.
Bu sahələrdə fəaliyyət göstərən SC-ləri tənzimləyən xüsusi qanunlar olduğundan
müəyyən məsələlər həmin qanunlarla tənzimlənir. Əlbəttə, bu zərurət həmin
sahələrin iqtisadiyyat və maliyyə sistemi üçün vacibliyindən və buna görə də
xüsusi nəzarətin olmasından irəli gəlir. Bir sıra digər məsələlərin MM-də ilə
tənzimlənməsi ilə yanaşı, xüsusi qanunların normaları ilə MM normaları
arasında ziddiyyətlər də ola bilər. Beləliklə, qanunları və digər normativ aktları
müəyyən sahələrdə fəaliyyət göstərən SC-lərə tətbiq etdikdə diqqətli olmaq
lazımdır.
Əksər SC-lər məlumatların açıqlanması ilə bağlı qanunvericiliyin tələblərinə
riayət etmirlər. Əslində buna ehtiyac yoxdur, çünki əksər şirkətlərin "səhmdar
cəmiyyəti" forması yalnız formal xarakter daşıyır və faktiki olaraq, MMC kimi
fəaliyyət göstərir. Çünki məlumatın açıqlanması tələbi ilə yanaşı, səhmdar
cəmiyyətləri öz iqtisadi funksiyalarını – qiymətli kağızlar bazarında səhmlərini
açıq yerləşdirmək, fond birjasında səhmlərin dövriyyəsini təşkil etmək – yerinə
yetirmirlər. Real investisiya və fond bazarı olmadıqda, məlumatın açılması
haqqında qanunvericiliyin tələbi barədə danışmaq mənasızdır.
Dostları ilə paylaş: |