Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə159/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   155   156   157   158   159   160   161   162   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

155



7.2. İstintaq baxışı, müayinə, axtarış və 

götürmə hərəkətlərində ekspertin 

(mütəxəssisin) vəzifə və funksiyaları. 

 

Baxış keçirilərkən mütəxəssisin  əsas funksiyası müstəntiqə 



sübutların (müxtəlif  əşyalar, izlər, sənədlər və digər obyektlər) 

axtarışında, baxışında, təsvir edilməsində  və götürülməsində kömək 

etməkdir. Müstəntiqin göstərişinə görə mütəxəssis obyektləri seçir, 

sonrakı ekspert müayinələri üçün nümunələr götürür, tapılmış izlərin 

qorunma  şəraitini təmin etmək üçün tədbirlər görür. Baxış zamanı 

xüsusi elmi-texniki vasitələrdən istifadə edərək protokolu, sxemləri, 

rəsmləri, çertyojları  tərtib etməyə kömək edir. Beləliklə, istintaq 

baxışı, müayinəsi, axtarışı  və ya götürülməsində  iştirak edən 

mütəxəssisin işində ön plana araşdırıcı, təsvir etmək və yardımçı – 

texniki funksiyaları  çıxır. Bundan əlavə, mütəxəssis müstəntiq və 

digər baxış  iştirakçılarının xahişi ilə apardığı  işlərə dair məlumat 

verir və müstəntiqin istənilən suallarına dair, səlahiyyətinə aid 

müvafiq məsləhətlər verir. 

Baxış, müayinə, götürmə  və axtarış zamanı müstəntiqin 

köməkçisi kimi iştirak edən məhkəmə  təbabəti üzrə mütəxəssis 

aşağıdakı məsələləri həll edir: 

1. İşə aidiyyatı ola bilən əşyaları, izləri və digər obyektləri tapmağa 

kömək edir; 

2. Obyekt və izlərin xüsusiyyətlərini, davamlılığını,  əhəmiyyətini, 

dəyişkənliyini nəzərə alaraq, onlara baxışın səmərəli ardıcıllığı  və 

qaydası barədə müstəntiqə məsləhətlər verir; 

3. Hadisənin tibbi nəticələrini müəyyənləşdirir. Ölüm faktını təsdiq 

edir; tapılmış bioloji obyektlərin və izlərin növünü, xüsusiyyətlərini 

və digər  əlamətlərini təyin edir; İzlərin  əmələgəlmə mexanizmi, 

yaranma vaxtı  və istintaq hərəkəti aparılan cinayət işi ilə  təxmini 

əlaqəsi haqda ilkin fikrini söyləyir və s.; 

4. Müstəntiqə istintaq hərəkətinin protokolunda obyektləri təsvir 

etməyə, aşkar olunmuş faktiki məlumatların tam və  dəqiq  şərh 

edilməsinə kömək edir; 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin