Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə381/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   377   378   379   380   381   382   383   384   ...   516
 

Şakir Musayev  

 

366



müəssisələrinin və başqa idarələrin mütəxəssisləri yalnız Birliyin 

rəhbərliyinin razılığı ilə  cəlb edilə bilərlər. Həmin işi yerinə 

yetirərkən bu şəxslər öz prosessual vəziyyətlərinə görə ekspert 

sayılırlar. 

15. "MTE və PA" ETT Birliyi hüquqi şəxsdir, dövlət büdcəsindən 

maliyyələşdirilir,  əmlaka, müstəqil balansa, müvafiq hesablara 

malikdir və öz adından müqavilələr bağlaya bilər. 

16. "MTE və PA" ETT Birliyi Azərbaycan Respublikasının 

Dövlət Gerbinin təsviri və öz adı olan möhürə, xüsusi xidməti 

blanklara və fəaliyyətini nizamlayan normativ sənədlərə malikdir. 

17. Yerli səhiyyə idarələrinin rəhbərliyi məhkəmə-tibbi ekspertiza 

şöbələrini bina, avadanlıq, maddi-texniki vəsaitlə  təmin etməyə 

borcludurlar; Birlik və onun şöbələri üçün təmir, bərpa işlərini və 

yeni binaların inşasını  həyata keçirirlər; ambulator-poliklinika 

müəssisələrində kabinetlərlə, xəstəxanalarda meyitxana ilə, 

avtonəqliyyatla təmin edir, zəruri hallarda isə sanitar aviasiyası ilə 

təmin edilməsi üçün tədbirlər görür; məhkəmə-tibb ekspertlərinə öz 

xidməti işlərini yerinə yetirməkdə (tibbi sənədlərin götürülməsində, 

analizlərin aparılmasında, mütəxəssis məsləhətlərində, cinayət və 

mülki işlər üzrə ekspertizaların keçirilməsində  və s.) hərtərəfli 

köməklik edirlər. 

18. Prokurorluq, DİN, MTN və  məhkəmələr ekspertizaların 

keyfiyyətinin yüksəldilməsi və icra müddətlərinin qısaldılması 

məqsədilə Birliyə  və onun şöbələrinə lazımi iş  şəraitinin 

yaradılmasında yaxından köməklik göstərirlər.  

19. “MTE və PA” ETT Birliyinin rəhbərliyinin sorğusuna əsasən 

mülkiyyət formasından asılı olmayaraq bütün idarə, təşkilat və 

müəssisələr məhkəmə-tibbi ekspertizanın aparılması üçün zəruri olan 

etalon nümunələrini və texniki məlumatları  məhkəmə-ekspertizası 

idarəsinə  təqdim etməyə borcludurlar. Bu zaman mülkiyyətçinin 

qanunla müəyyən edilmiş mülkiyyət hüququnun pozulmasına yol 

verilmir. 

 

 

 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   377   378   379   380   381   382   383   384   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin