Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə396/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   392   393   394   395   396   397   398   399   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

379



q) ekspertin familiyası, adı, atasının adı, vəzifəsi, ixtisası, təhsili, 

iş təcrübəsi, ixtisas dərəcəsi, elmi dərəcəsi, elmi adı; 

d) meyitlərin ekspertizasında mərhumun familiyası, adı, atasının 

adı, yaşı; zərərçəkənlərin, müttəhimlərin və başqa  şəxslərin 

ekspertizasında familiyası, adı, atasının adı, yaşı, yaşayış yeri, 

şəxsiyyətini təsdiq edən sənəd; 

e) iş materialları üzrə aparılan ekspertizada və maddi sübutların 

ekspertizasında cinayət işinin, yaxud mülki işin adı  və nömrəsi, 

cildlərin sayı, işdəki vərəqələrin sayı, ekspertizaya daxil olmuş 

obyekt və nümunələrin siyahısı; 

ə) ekspertiza keçirilərkən iştirak edən şəxslər; 

j)məhkəmə-tibb ekspertinin prosessual hüquqları, vəzifələri və 

məsuliyyəti haqqında izahat verildiyi barədə iltizam; 

z) ekspertiza qarşısında həll olunması üçün qoyulmuş suallar. 

3.  İş haqqında məlumat bölməsində ekspert müayinəsi zamanı 

ona lazım olan məlumatlar; meyit ekspertizasında nəticə  tərtib 

etdikdə istintaq məlumatları  və tibbi sənədlərin məzmunu; 

zərərçəkənlərin, təqsirləndirilən 

şəxs və digər 

şəxslərin 

ekspertizasında tibbi sorğu və  şikayətlər (uşaqların dindirilməsi 

valideynlərinin və ya müəllim-tərbiyəçilərin iştirakı ilə keçirilir), 

istintaq məlumatları  və tibbi sənədlərin məzmunu; maddi sübutların 

ekspertizasında istintaq məlumatları  və tibbi sənədlərin məzmunu 

qeyd edilməlidir. 

4. Müayinə hissəsində müayinə prosesinin geniş  təfsilatı  və bu 

zaman aşkar edilmiş faktiki məlumatlar qeyd edilməlidir. Bura tətbiq 

olunmuş  tədqiqat üsulları  və obyektiv əksetdirmə  cədvəlləri (foto-

rentgen şəkillər, zədələrin işarə olunduğu sxemlər və s.) daxil edilir. 

Müayinə hissəsinin struktur quruluşu aparılan ekspertizanın növü ilə 

müəyyənləşdirilir. Bu hissə xüsusilə aşağıdakıları əhatə etməlidir: 

4.1. Meyitin ekspertizasında meyitin paltarı  və xarici müayinəsi 

haqqında məlumatlar, boşluqların, üzv və toxumaların daxili 

müayinəsi, digər ekspertizalar üçün meyitdən götürülmüş  və 

müstəntiqə  təhvil verilmiş obyektlər; laboratoriya müayinəsinə 

göndərilmiş obyektlərin siyahısı; transplantasiya üçün, eləcə də elmi 

və  tədris məqsədlərlə götürülmüş toxuma və üzvlərin siyahısı 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   392   393   394   395   396   397   398   399   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin