48
AORTANIN KLASSİK LAYLANAN
ANEVRİZMASI
Kəskin laylanan anevrizma, damarın həqiqi və yalançı mənfəzini
bir-birindən ayıran intima diliminin sürətlə yaranması ilə təzahür edir.
Əksər hallarda (təxminən 90%) məhz intimanın bu cür aralanması,
aortanın həqiqi və yalançı mənfəzlərinin arasındakı əlaqənin olduğu yer
hesab edilir. Laylanma anteqrad yaxud, retroqrad istiqamətdə yayıla
bilir.Bu zaman prosesə kənar şaxələr də cəlb olunmaqla fəsadların
(şaxələrin obstruksiyası hesabına – dinamiki və statik obstruksiya –
işemiya – tac arteriyalardan tutmuş qalça arteriyasına qədər,ürək tam-
ponadası və aorta qapağının çatışmazlığı) inkişaf etməsi halları rast
gəlinə bilir. Laylanan aortanın şərti təsnifatında onu kəskin, yarımkəskin
və xroniki formaya ayırmaq və tədqiqat nöqteyi-nəzərdən, həmçinin
müalicə yanaşmalarının seçimi baxımından faydalı hesab etmək olmaz.
Lakin, xəstələrin fərdi xüsusiyyətlərinin təsvirində və yaşama qabiliy-
yətlərinin qiymətləndirilməsində ondan istifadə etmək olar. Patofizioloji
nöqteyi-nəzərdən aortanın laylanmasının proqressivləşəcəyini qabaqca-
dan söyləmək kifayət qədər çətindir. Riski təxmini qiymətləndirməkdən
ötrü bəzi kliniki əlamətlərdən istifadə etmək olar (məsələn, həqiqi və
yalançı mənfəzlər arasındakı daimi əlaqənin olması, yalançı kanalın
açılması və s. barədə məlumatlar).
Dostları ilə paylaş: