Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Yüksək mənəvi məsuliyyət şəraitində tərbiyə



Yüklə 3,59 Mb.
səhifə341/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   337   338   339   340   341   342   343   344   ...   443
Yüksək mənəvi məsuliyyət şəraitində tərbiyə. Kiçik yaşla­rın­dan uşağın beyninə belə bir fikir yeridilir ki, o, mütləq vali­deyn­lərin çoxsaylı arzularını, inamlarını doğrultmalıdır. Yaxud da vali­deyn­lər ona nəinki uşaq kimi baxır, həm də onun üzərinə daha bö­yük qayğılar, məsuliyyət düşür. Nəticədə uşaqlarda daim özünün və yaxınlarının rahatlığı ilə bağlı həyəcan, qorxu hiss olunur. Uşağın qeyri-düzgün tərbiyəsi onun xarakterini zəiflədir, onun ətrafdakılara münasibətini çətinləşdirir.

Ailədə yolverilməz tərbiyə metodlarından biri fiziki cəza metodudur. Burada uşaqlar daim qorxu nəticəsində özlərini idarə edirlər. Fiziki cəza fiziki, psixi və mənəvi zədələrə gətirib çıxarır. Nəticədə bu uşaqların davranışının dəyişilməsi ilə başa çatır. Belə ki, hər bir ikinci dəfə cəzalandırılan yeniyetmədə adaptasiya ilə bağlı onun kollektivə uyğunlaşması çətinləşir.

Belə uşaqlarda təhsilə maraq azalır. Alimlər bu hadisəni xüsu­si fenomen kimi qeyd etmiş, onu uşaqlara qorxulu müraciət etmə sind­romu adlandırmışlar. Müxtəlif ölkələrin qanunvericiliyin­də uşaq­­­larla belə davranan insanlar haqqında onları yaxşı tanıyan in­san­­ların lazımi məntəqələrə xəbər vermələri ilə bağlı məsuliyyət müəy­yənləşdirilmişdir.

Hər şeydən öncə, fiziki cəzaya oğlanlar daha çox məruz qa­lır­lar. Nəticədə onların özləri daha çox qəddar olurlar. Onlara di­gərlərini alçaltmaq, döymək, gülmək, onları məsxərəyə qoymaq da­ha çox xoş gəlir. Uşaqlarla təhlükəli münasibət sindromunun sə­bəb­ləri, əsasən, ailənin sosial-iqtisadi statusunda, münasibətlər sis­te­min­də gizlənmişdir.

Valideynlərin uşaqlarla səmimi münasibətlərinin müxtəlif variantı o zaman meydana çıxır ki, onlar qarşılıqlı ünsiyyətdə sabit tələblər hiss edirlər. Valideynlərin uşaqlarla ünsiyyətində qarşılıqlı inam, münasibətlərdə bərabərhüquqluluq üstünlük təşkil edir. Daha az əmr, əxlaq haqqında nəsihətlər söyləmək, uşaqlara daha çox qulaq asmaq və öz aralarında dost münasibəti yaratmaq, bu və ya digər məsələlərin, qərarların birgə həlli yolunu axtarmağa can at­maq burada daha vacibdir.

Valideynlər uşaqların maraqlarına daha dərindən bələd ol­duq­da və uşaqlar onlarla fikirlərini bölüşdürdükdə, qarşılıqlı mü­na­si­bət­lər­də bəzi çatışmazlıqlar da özünü büruzə verə bilər. Əgər valideyn­lər lazımi diqqətliliyə və takta malik deyillərsə, o zaman onlar uşaq­ların sirlərinə lazımi qədər diqqət yetirə, onların inkişafını lazımınca qiymətləndirə bilməzlər.

Belə bir variant daha geniş yayılmışdır; valideynlər uşaqların maraq və qayğılarına nəzər yetirmək istəyirlər. Lakin uşaqlar bunu dərk etmək istəmirlər. Belə ki, uşaqlar özləri öz aləmlərində olur, valideynlər isə uşaq dünyasına daxil olmağı bacarmırlar. Öz baxış­la­rını onlara məcburi qəbul etdirə bilmirlər və lazımsız tənqidi iradlarla rastlaşırlar.

Ailə cəhdlərinin qeyri-müvəffəq, ziddiyyətli nəticəsi ortaya çıxır. Uşaq isə sanki fəryad qopararaq, “Əziz valideynlər, əgər siz məni tərbiyə etsəniz, mən evdən qaçacağam”-deyir.

Uşaqlarla valideynlər arasında digər münasibətlər variant­la­rı­na da rast gəlinir: Valideynlər daim özləri özlərinə diqqət yetirir, işə daha çox can yandırırlar, nəticədə onlar uşaqlarla ünsiyyətdən uzaq­laşır, onlara diqqət yetirmirlər. Belə olduqda uşaqların daxilində, dü­şün­cəsində küskünlük, bədbinlik və tənhalıq hissi yaranır.

Bəzən də elə olur ki, uşaqların həyata can atmaları ailədə zid­diy­yətə gətirib çıxarır və valideynlərin bundan haqlı şəkildə na­ra­zı­lı­ğı uşaqlarda təhsilə qarşı birtərəfli münasibətə gətirib çıxarır. Bu da onların xoşagəlməz cəhətlərinin inkişafını ortaya çıxarır-siqaret çək­m­ə, alkoqol içki qəbul etmə, narkotiklərə meyilli olma və s. baş verir.

Valideynlərin haqlı olmalarına baxmayaraq, uşaqlara elə gəlir ki, valideynlər düzgün danışmırlar, necə yanaşmağı onlar özləri daha yaxşı bilirlər.

Bu kimi vəziyyət yarandıqda valideynlər uşaqların canatma motivlərini, meyllərini daha dərindən öyrənməli, onların bu və ya digər hərəkətlərinə hörmətlə yanaşmalı, onlara öz dəlillərini (sü­butlarını) inamlı şəkildə açmağı bacarmalıdırlar.

Valideynlərin pedaqoji cəhətdən maarifsizliyi, onların qəd­dar­lığı, ailədə uşaqların həddindən artıq ərköyün böyüdülməsi onların bir-birindən üz döndərməsinə, uşaqlarla valideynlər arasında düş­mən münasibətinə gətirib çıxara bilər.


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   337   338   339   340   341   342   343   344   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin