Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov


Beynəlxalq fərdi cinayət məsuliyyətinin həyata keçirilməsi mexanizmi



Yüklə 0,96 Mb.
səhifə131/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   ...   127   128   129   130   131   132   133   134   ...   219
beynelxalq huquq

Beynəlxalq fərdi cinayət məsuliyyətinin həyata keçirilməsi mexanizmi

Beynəlxalq cinayətlər törətmiş fiziki şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasında və mühakimə olunmasında milli məhkəmələr əhəmiyyətli rol oynaya bilər və əslində oynamalıdır. Bir sıra ölkələrin (Almaniya, ABŞ, Fransa, İsrail və b.) məhkəmə or- qanlan, xüsusilə İkinci Dünya müharibəsi dövründə törədilmiş beynəlxalq cinayətlərlə bağlı xeyli sayda əhəmiyyətli hökmlər çıxarmışdır. Göstərilən hüquq və vəzifəni adekvat həyata keçirmək üçün hər bir dövlət öz milli qanunvericiliyində maddi və prosessual hüquqi mexanizmlər nəzərdə tutmalıdır. Hər şeydən əvvəl bu o deməkdir ki, dövlət müvafiq beynəlxalq sazişlərin tələblərindən irəli gələrək, beynəlxalq cinayət tərkiblərini öz cinayət qanunvericiliyinə daxil etməlidir.

Lakin beynəlxalq cinayət yurisdiksiyasının həyata keçirilməsi üçün ən optimal mexanizm daimi fəaliyyət göstərən beynəlxalq cinayət məhkəməsidir. Belə bir məhkəmə, nəhayət ki, 2003-cü ildən fəaliyyətə başlamışdır. Bununla yanaşı, koı^et tarixi şəraitdə və konkret məkanda baş vermiş hadisələri araşdırmaq və ağır cinayətlər törətmiş şəxsləri mühakimə etmək məqsədi ilə ad hoc əsasda beynəlxalq tribunallar təsis olunmuşdur. Bunlar İkinci Dünya müharibəsindən sonra yaradılmış Nürnberq və Tokio tribunalları və müvafiq olaraq 1993-cü və 1994-cü illərdə yaradılmış Yuqoslaviya və Ruanda tribunallarıdır. Son iki tribunal, «qalib dövlətlər» tərəfindən yaradılan Nümberq və Tokio tribunallanndan fərqli olaraq, birinci dəfə olaraq beynəlxalq təşkilatın qərarı, daha doğrusu, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında yaradılmışdır.

Nürnberq və Tokio tribunallaru Bu iki tribunal beynəlxalq cinayətlər törətmiş şəxsləri mühakimə etmək üçün təsis olunmuş ilk beynəlxalq məhkəmə orqanları idi. Onlar İkinci Dünya müharibəsi illərində törədilmiş misilsiz vəhşiliklərə cavab olaraq qalib dövlətlər tərəfindən yaradılmışdı. Nümberq tribunalı ABŞ, Böyük Brita-

219


niya, SSRİ vo Fransa arasında 1945-ci ildə bağlanmış Sazişdə nəzərdə tutulmuşdu. Sonralar daha 19 dövlətin qoşulduğu bu Sazişə Beynəlxalq hərbi tribunalın Nizamnaməsi əlavə olunmuşdu. Uzaq Şərq üçün Beynəlxalq hərbi tribunal 11 dövlət (ABŞ, Böyük Britaniya, SSRİ, Fransa, Çin, Avstraliya, Yeni Zelandiya, Kanada, Niderland, Filippin və Hindistan) arasında 1946-cı ildə imzalanmış Sazişə müvafiq olaraq təsis olunmuşdu. Yaponiya militarist siyasətinin aparıcı fiqurlarını cəzalandırmaq məqsədi daşıyan bu Tribunal Nümberq tribunalının, prinsip etibarilə, eyni idi.

Nümberq tribunalının yurisdiksiyasma sülh əleyhinə cinayətlər, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər aid edilmişdi. Bu Tribunalın Nizamnaməsi və çıxardığı hökmlər beynəlxalq cinayət hüququnun inkişafına əhəmiyyətli təkan vermişdir. Bir sıra Nümberq prinsipləri sonralar beynəlxalq adət hüququna daxil olmuşdur; məsələn, müttəhimin dövlət başçısı və ya digər məsul vəzifəli şəxs olması onu göstərilən cinayətlərə görə məsuliyyətdən azad etmir; cinayətin yuxarı vəzifəli şəxsin və ya hərbi komandirin əmrinə əsasən törədilməsi tabeçilikdə olan şəxsi məsuliyyətdən azad etmir, lakin yüngülləşdirici hal kimi çıxış edə bilər və s. Nümberq tribunalı nəinki fiziki şəxslərin, habelə təşkilatların da cinayət məsuliyyəti barədə məsələ qaldırmışdı. Tribunal 12 nəfəri ölüm cəzasına, 7 nəfəri azadlıqdan məhrum etmə cəzasına məhkum etmiş, 3 nəfərə isə bəraət vermişdi.



Yuqoslaviya tribunalı 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının 1993-cü il 23 fevral tarixli 808 nömrəli və 1993-cü il 25 may tarixli 827 nömrəli qətnamələri əsasında yaradılmışdır. Tribunal öz Nizamnaməsi əsasında fəaliyyət göstərir. Nizamnamədə aşağıdakı cinayət tərkibləri göstərilmişdir: Müharibə qurbanlannm müdafiəsi haqqında 1949-cu il Cenevrə Konvensiyalannm ciddi pozuntuları; müharibə qanun və adətlərinin pozulması (bu, əsasən, beynəlxalq humanitar hüququn «Haaqa hüququ» adlanan hissəsinin ciddi pozuntularını əhatə edir; soyqınm və insanlıq əleyhinə cinayətlər. 6-cı maddəyə əsasən. Tribunal yalmz fiziki şəxslər üzərində yurisdiksiyaya malikdir (hüquqi şəxslər buraya daxil edilmir). Tribunal aşağıdakı orqanlardan ibarətdir: 1) iki birinci instansiya palatası və Apellyasiya palatası; 2) Prokuror; 3) Dəftərxana (o,

həm palatalara, həm də Prokurora xidmət edir). Nizamnəmədə, bunlardan əlavə, aşağıdakı məsələlər öz əksini tapmışdır: ibtidai istintaq və ittihamnamənin tərkibi; məhkəmə baxışı; müttəhimlərin hüquqları, zərərçəkənlərin və şahidlərin müdafiəsi; hökm və cəza məsələləri; apellyasiya və təzə faktların aşkara çıxarılması ilə hökmə yenidən baxılması; hökmün icrası; əfv və hökmlərin əvəz olunması; əməkdaşlıq və hüquqi yardım; Tribunalın imtiyaz və immunitetləri; Tribunalın xərcləri və s.

Yuqoslaviya tribunalının olduğu yer Niderlandm Haaqa şəhəridir. Fəaliyyətə başladığı andan bu günə qədər Yuqoslaviya tribunalı

100-dən artıq şəxs barəsində prosesi başa çatdırmışdır. Tribunal tarixdə ilk dəfə olaraq fəaliyyətdə olan dövlət başçısı - Slobodan Miloşeviç barəsində hakimiyyətdə olduğu dövrdə törətdiyi cinayətlərə görə ittiham irəli sürmüşdür.

Tribunal beynəlxalq cinayət hüququnun inkişafına mühüm töhfə vermişdir. O, müharibə cinayətlərinin və insanlıq əleyhinə cinayətlərin tərkib ünsürlərini genişləndinniş və konkretləşdirmişdir. Tribunal yuxan vəzifəli şəxslərin cinayət məsuliyyətinin müasir doktrinasını müəyyənləşdirmiş və tətbiq etmişdir.


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin