Statiitun 36-cı maddosinin 1-ci hissəsinə görə, Məhkəmə qüvvədə olan müqavilələrdə xüsusi olaraq nəzərdə tutulmuş bütün məsələlər üzərində yurisdiksiyaya malikdir. Bir sıra çoxtərəfli və ikitərəfli müqavilələrə onların prcdmeti üzrə Beynəlxalq Məhkəməyə qabaqcadan yurisdiksiya verən müddəalar daxil edilmişdir. Müəyyən mənada bu, «məcburi» yurisdiksiyanm bir formasıdır. Dövlət əgər bu yurisdiksiya müddəasını qəbul etmişsə və ona qcyd-şərt etməmişsə, müqavilənin tətbiqi və ya təfsiri ilə bağlı mübahisə ortaya çıxdıqda, digər iştirakçı dövlətin iddia ərizəsi əsasında Məhkəmənin yurisdiksiyasına tabel olmalıdır. Məsələn, Bosniyavə Iferseqovina/Yuqoslaviya işi Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın IX maddəsi əsasında Məhkəməyə verilmişdi.