Diplomatik missiyanın başlanması vo sona yetməsi
İki dövlət arasında diplomatik nümayəndəliklər mübadiləsi haq- qmda razılaşma əldə olunduqdan sonra diplomatik missiyanın fəaliyyətə başlaması ilə bağlı ortaya çıxan əsas praktik məsələ nümayəndəliyin başçısının təyin olunmasıdır. Bu, aşağıdakı mərhələlərdən ibarət olur:
Qəbul edən dövlətdən, konkret şəxsin diplomatik nümayəndəliyin başçısı təyin olunmasına öz razılığını vennəsinin - aqrema- nın xahiş edilməsi.
Aqreman verilməsə, şəxs göstərilən vəzifəyə təyin oluna bilməz.
İmtina edən dövlət bunun motivlərini bəyan etməyə borclu deyildir.
Aqreman alındıqdan sonra şəxsin diplomatik nümayəndəliyin başçısı təyin olunması barədə müvafiq dövlətdaxili aktm verilməsi.
Diplomatik nümayəndəliyin başçısı təyin olunmuş şəxsin, qəbul edən dövlətin müvafiq vəzifəli şəxsinə onun rəsmi statusunu təsdiq edən sənədin - etimadnamənin təqdim olunması.
Etimadnamə akkreditə edən dövlətin başçısı tərəfindən imzalanır və diplomatik nümayəndəni qəbul edən dövlətin başçısına ünvanlanır.
Dövlət diplomatik nümayəndəliyin başçısını eyni zamanda bir neçə dövlətə və ya müvafiq beynəlxalq təşkilata diplomatik nümayəndə təyin edə bilər; doğrudur, bu halda bu dövlətlərdən heç biri və ya həmin beynəlxalq təşkilat buna etiraz etməməlidir. Buna diplomatiya və konsulluq hüququnda kumulyasiya deyilir. Kumul- yasiya dövlətimizin diplomatik təcrübəsində də istifadə olunur. Diplomatik nümayəndəliyin kumulyasiyasınm başqa bir variantı da mümkündür: bu halda bir şəxs iki və daha artıq dövləti qəbul edən dövlətdə (əlbəttə ki, əgər o buna etiraz etmirsə) təmsil edir.
Diplomatik heyətin qalan üzvlərinə aqreman tələb olunmur. Onlan dövlətin xarici işlər idarəsi təyin edir. Həmin şəxslər qəbul edən dövlətə gəldikləri və həmin dövlətin xarici işlər idarəsinə bu barədə məlumat verdikləri andan öz vəzifələrinin icrasına başlamış hesab olunurlar. Hərbi attaşelərin təyin olunmasına isə əksər dövlətlərdə aqreman tipli razılıq tələb olunur.
Diplomatik nümayəndənin funksiyalarının xitam olunması, əsasən, bu hallarda olur:
akkreditə edən dövlət tərəfindən geri çağıniması;
qəbul edən dövlət tərəfindən persona non grata (arzuolunmaz şəxs) elan olunması;
akkreditə edən dövlətlə qəbul edən dövlət arasında diplomatik münasibətlərin kəsilməsi;
ç) akkreditə edən dövlətlə qəbul edən dövlət arasında müharibə başlanması;
akkreditə edən dövlətin və ya qəbul edən dövlətin beynəlxalq hüququn subyekti kimi yoxa çıxması.
Dostları ilə paylaş: |