Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə13/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   446
DERMATOLOGİYA-dərslik 1

Dəri endokrin orqan kimi
Hazırda dəriyə böyük endokrin orqan kimi baxılmasına imkan verən məlumatlar top-
lanmışdır. Bu baxışlar aşağıda verilənlərə əsaslanır.
Dəridə (şübhəsiz,epidermisdə) ultrabənövşəyi şüaların təsirindən vitamin D3 (xole-
kalsiferol) əmələ gəlir. Son zamanlar hormonların bütün xassələrinə malik olduğu üçün 
bu vitaminə hormon kimi baxılır: orqanizmdə sintez olunur, qana sorularaq onunla tən-
zimləyici orqanlara çatdırılır; az miqdarda təsir edir; təsir edəcəyi orqanlar-hədəflərvar; 
dəridə külli miqdarda olan steroidlərin metabolik dəyişilmələri zamanı əmələ gəlmiş 
vitamin D-nin aktiv forması steroid hormonların bir çox effektlərinə malikdir. Beləliklə, 
dəriyə xolekalsiferol hormonunu sintezedici orqan kimi baxmaq olar.
Keratinositlər timopoetinə oxşar hormon hasil edir. Bu, həm də epidermal timositak-
tivasiya edici faktor (ETAF) adlanır. ETAF 15000 daltona bərabər olan molekulyar küt-
ləyə malikdir. Makrofaqlar tərəfindən hasil edilən interleykin -1 də belə kütləyə malik 
olur. Bundan başqa, müəyyən edilmişdir ki, interleykin -1 yalnız Langerhans hüceyrələ-
ri tərəfindən deyil, həm də keratinositlər tərəfindən də hasil edilir. Keratinositar mənşəli 
interleykin-1 ETAF adını belə qazanmışdır. O, həm də timopoetin kimi T-limfositlərin 
differensiasiyasını stimulə edir. Ekzogen ETAF orqanizmə parenteral yeridildikdə qız-
dırma-titrətmə, neytrofiliya əlamətləri verir. ETAF İn vitro bu hüceyrələrin hemotaksisi-
ni gücləndirir. ETAF-ın hasilatının yeri haqqında qəti fikirlər yoxdur. Göstərilmişdir ki, 
hətta buynuz qatda bioloji xassələrini saxlamaqla çoxlu miqdarda ETAF olur. 
Son zamanlar keratinositlərin interleykin 2 və 3 hasilatı haqqında məlumatlar təs-
diqlənmişdir. İnterleykin -3, məlum olduğu kimi stimulə olunmuş limfositlər tərəfindən 
hasil edilir və tosqun hüceyrələrin bölünməsini və differensiasiyası aktivləşdirir. 
Dəridə neyropeptidlər hasil edilir. Onların hasilatı, əsasən Merkel hüceyrələri ilə 
əlaqəlidir. Neyropeptidlər, xüsusilə, met-enkefalin, immunhistokimyəvi üsullarla Mer-
kel hüceyrələrindən başqa, həm də Langerhans hüceyrələrində, melanositlərdə, dərinin 
həssas sinir uclarının neyrolemmositlərində və dermanın piqment hüceyrələrində (mela-
nofor) müəyyən edilmişdir.
Langerhans hüceyrələri interferon hasil edərək, təkcə immun reaksiyalarda iştirak 
etmir, həm də müxtəlif toxuma hüceyrələrinin bölünməsinə sistemli təsir göstərir. Lan-
gerhans hüceyrələri interleykin -1 hasil edərək, immun sistemin hüceyrələri ilə qarşılıqlı 
hüceyrələrarası təsirdə iştirak edir və yanaşı sistem təsirə malik olur (ETAF-a münasi-
bətdə).


26
Piy toxumasının adipositləri və leptin estrogenlər hasil edir.
Beləliklə, dərinin endokrin funksiyasının morfoloji substratı keratinositlər, Langer-
hans hüceyrələri, Melker hüceyrələri və melanositlərdir. Bütün bu hüceyrələr hormon 
hasil edici hüceyrələrin morfoloji əlamətlərinə malikdir: tərkibində inkişaf etmiş bio-
sintez orqanelaları var, çıxıntılarının köməyi ilə dermanın (Langerhans hüceyrələri) he-
momikrosirkuləedici məcrası ilə kontaktda ola bilər. Dərinin endokrin funksiyasının ay-
dınlaşdırılması üzrə tədqiqatlar təkcə nəzəri deyil, həm də təcrübi əhəmiyyət kəsb edir.
Dəri, xarici və daxili sekresiyanın mühüm vəziləri kimi, bütün daxili orqanlarla, bir-
ləşdirici toxuma ilə, hipofiz, böyrəküstü və digər endokrin vəzlər ilə sıx bağlıdır. Dəri 
çıxarışları stimuləedici, damardaraldıçı və antiinfeksion vasitələr kimi təsir edici orqan-
dır. Ona görə də alman alimi S.Şmitsin dərini “ən böyük endokrin vəzi” adlandırması, 
heç də təəccüblü deyil.
Dərinin metabolik aktivliyi bir çox hormonlarla tənzimlənir. Həqiqətən, piy vəziləri 
və bəzi tük follikulları androgenlərə reaksiya verməkdə hazır olduğundan, həm də ste-
roid hormonların təsiri altında müxtəlif transformasiyalara qabildir. Dihidrotestosteron 
yetkinlik dövründə piy vəzilərinin böyüməsini, müəyyən tüklərin çıxmasını (kişilərdə 
sinədə, yuxarı qasıq üçbucağında, burun və qulaqlarda tük örtüyü), eləcə də xarici cin-
siyyət üzvlərinin böyüməsi və inkişaf etməsinə təsir edir. Testosteronun dihidrotestoste-
ron konversiyasını blokada edən dərman vasitələri – antiandrogenlər - ya 5α reduktaza 
və ya sitozolreseptor proteinin ingibasiyasını ləngidir. Simetidin və spironolakton kimi 
dərman maddələri antiandrogen təsirə malikdir, akne və hirsutizmin müalicəsində tətbiq 
olunur. Əlavə olaraq, tireoid hormonlar tüklərin inkişafını, dəri teksturasınınn dəyişmə-
sini tənzim edə bilir (hipertireoidizm zamanı nazik, zəif tüklər və hamar yumşaq dəri, 
hipotireoidizm zamanı cod kobud tüklər və soyuq nahamar qalın dəri). Sonradan hor-
monlar melanin piqmentinin, melanosit stimullaşdıran hormonun, dərinin estrogen-stu-
muləedici piqmentasiyasının əmələ gəlməsinə təsir edir.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin