395
leykoplakiyanın yaranmasında 90% xəstələrdə mədə-bağırsaq patologiyasının aşkarlan-
ması fonlu xarakter daşıyaraq, xarici qıcıqlara qarşı ağızın selikli qişalarının rezistentli-
yini aşağı salır. Xəstəliyin patogenezində A vitamini çatmamazlığı və ya mübadiləsinin
pozulması qabıqlanma prosesində böyük rol oynayır. Leykoplakiyada ağızın selikli qi-
şasının epitelisinin keratinləşmə proseslərinin güclənməsi mexanizmlərindən, hüceyrə
membranının keçiriciliyinin və transepitelial nəqliyyatın pozulması amilidir. Xəstəliyin
patogenezində irsi amillərin rolu da böyük əhəmiyyət kəsb edir.
Xarici amillərdən bilavasitə leykoplakiyanın meydana gəlməsində əsas, mexaniki,
termiki, kimyəvi və başqa faktorların birlikdə təsirinin əhəmiyyəti böyükdür. Bununla
yanaşı, ağızın selikli qişasında leykoplakiyanın əmələ gəlməsində birinci dərəcəli əhə-
miyyətli isti təmbəki tüstüsünün təsiri ilə yanaşı, xroniki travma nəticəsində dişlərin
sırasının pozulması və ağız boşluğunda müxtəlif cinsli metallardan ibarət protezlərin
olması nəticəsində qalvanik cərəyanın meydana çıxması rol oynayır.
Dodaqların qırmızı haşiyəsində leykoplakiyanın yaranmasında siqaretin xroniki trav-
masının birinci dərəcəli təsiri ilə yanaşı, dodaqların, siqareti axıradək çəkdikdə siste-
matik yandırılması, qeyri-kafi meteoroloji amillərin, əsasən insolyasiyasının və bu kimi
faktorların təsirinin qlandulyar xeylit olduqda daha da güclənməsi böyük təsir göstərir.
Leykoplakiyalı xəstələr dispanser müşahidəsində olaraq ildə 2-3 dəfə stomatoloqun
qəbulunda olmalıdırlar.
Leykoplakiyanın və onun residivlərinin profilaktikası, vaxtında ağız boşluğunun sa-
nasiyası, papiros çəkmənin dayandırılması, rasional protezləşdirmə, mədə-bağırsaq pa-
tologiyasının korreksiyasından ibarətdir.
Dostları ilə paylaş: