23. Uretrit ilə xəstələrin müayinəsi zamanı 2 stəkan sınağı
2 stəkan sınağı (Tompson sınağı)
Venerologiyada və urologiyada sidik kanalının zədələnmə yerini: onun ön və ya arxa
hissəsinin zədələndiyini təyin etmək üçün işlədilir. Sınaqdan əvvəl xəstə 4-6 saat ərzində
sidiyə getməməlidir, sonra ona sidiyini 2 stəkana yığmağı təklif olunur: birinci stəkana –
50-60 ml, ikinciyə – qalan porsiyanı. Əgər birinci porsiya tutqun, ikinci isə şəffaf olarsa,
onda proses sidik kanalının ön hissəsində yerləşir. Hər iki stəkanda tutqunluğun olması
sidik kanalının total zədələndiyini göstərir, belə ki, arxa hissəsinin zədələnməsi zamanı
irin sidik kisəsinə düşə bilər və orada sidiyin rəngi tutqun olacaqdır.
25. Sifilis, qonoreya və digər cinsi yolla yayılan infeksiyalarla işlədikdə əllərin və
alətlərin dezinfeksiyası
Əllərin dezinfeksiyası
Dəri və zöhrəvi xəstəliklərlə xəstəni müayinə etdikdən sonra həkim əllərini bakteri-
sid preparatların məhluları ilə zərərsizləşdirir. Əlləri dezinfeksiya etmək üçün 70-80%-li
etil spirti, 70%-li etil spirtində 0,5%-li xlorheksidin məhlulu, septosid P (əllərin antisep-
tiki) işlədilir.
Alətlərin dezinfeksiyası
Müayinədən sonra alətləri 3%-li xloramin məhlulun içərisində 1 saat saxlayırlar.
25. Zöhrəvi və yoluxucu dəri xəstəlikləri olan xəstə üçün təcili bildiriş vərəqəsi-
nin və lazımi sənədlərin doldurulması
Zöhrəvi xəstəliklərlə xəstəni aşkar etdikdə diaqnozu qoyan həkim xəstənin aşkar
edildiyi yerdən asılı olmayaraq «……Təcili bildiriş vərəqəsini» (forma №089/u) dol-
durmalı və 3 gün ərzində onu xəstənin yaşadığı ərazi üzrə dəri-zöhrəvi dispanserinə,
surətini isə gigiyena və epidemiologiya mərkəzinə göndərməlidlr.
Qoturluq olan xəstələri aşkar etdikdə ambulator xəstənin tibb kartı (forma 25/u)
doldurulur ki, orada infeksiya mənbəyi və təmasda olan şəxslər haqqında məlumatlar
yazılır. Xəstə haqqında məlumatlar qeydə alındıqdan 12 saatdan gec olmayaraq onu aş-
kar edən müəssisə tərəfindən telefon vasitəsilə yaşadığı yerin və ya işdə müalicə-profi-
laktika müəssisəsinə (MPM) və ya ərazi gigiyena-epidemiologiya mərkəzinə xəbər ve-
rilir, sonra isə 3 gün ərzində forma №89/u bildiriş vərəqəsi ilə təkrar olunur; bütün uşaq
müəssisələrinin tibb işçiləri müəssisədə qoturluq xəstəsinin aşkar edilməsi ilə əlaqədar
482
dəri-zöhrəvi dispanseri və ya uşaq poliknikası vasitəsilə birbaşa məlumat verirlər.
Xəstədə mikrosporiya, trixofotiya aşkar edildikdə №89/u forması üzrə bildiriş dol-
durulur; telefon vasitəsilə ərazi MPM-a məlumat verilir ki, bu zaman təhlükəli dəri
xəstəlikləri ilə xəstənin qeydiyyatı aparılır (onun iş yeri, təhsil aldığı müəssisə və s.
göstərilməklə), zoonoz mikrosporiya və trixofitiya aşkar edildikdə əlavə olaraq №89/u
formasının surəti ərazi üzrə baytarlıq müəssisələrinə göndərilir. Təmasların aşkar edilmə-
si və onların müayinəsi aparılır. Təcili bildiriş vərəqəsində xəstənin adı, soyadı, atasının
adı, yaşı, müraciət tarixi, ünvanı, ətraflı diaqnoz, iş yeri, xəstəliyin necə aşkar edilməsi
(müraciət etdikdə, profilaktik müayinələr zamanı, stasionarda baxış zamanı) göstərilir.
|