a) narkotik vasitələrin, psixotrop, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv və partlayıcı
mallar;
b) silahlar, partlayıcı qurğular və onlar üçün sursatı (soyuq, yivsiz ov silahları və onların
patronlarından başqa);
c) nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, həmin silahların hazırlanması üçün
istifadə oluna biləcək material və avadanlıqlar, strateji əhəmiyyətli xammalın;
ç) Azərbaycan Respublikasından çıxarılması üçün müvafiq qaydalar müəyyən edilmiş ölkədə
yaşayan xalqların və xarici ölkə xalqlarının bədii, tarixi və arxeoloji sərvəti olan əşyaların;
d) külli miqdarda, yaxud dövlət orqanının vəzifəli şəxsi tərəfindən öz qulluq mövqeyindən istifadə
etməklə, yaxud gömrük nəzarətinin müəyyən formalarından azad olunmuş ayrı-ayrı malların və
nəqliyyat vasitələrinin keçirilməsi üçün müvəkkil edilmiş şəxs tərəfindən, yaxud kontrabanda ilə məşğul
olmaq üçün təşkil edilmiş bir qrup şəxs tərəfindən keçirilən digər malların;
Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmış Azərbaycan xalqının və xarici ölkə
xalqlarının bədii, tarixi və arxeoloji sərvəti olan əşyaların qüvvədə olan qanunvericiliyə müvafiq olaraq
qaytarılması məcburi olan hallarda və müəyyən olunmuş müddətdə geri qaytarılmadıqda da qaçaqmalçılıq
sayılır və cinayət qanunvericiliyi ilə cəzalandırır.
140
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsi” 1999-cu ilin 30 dekabr tarixli qanunu ilə təsdiq
olunmuş və 2000-ci ilin sentyabr ayının 1-dən qüvvəyə minmişdir. Yeni Məcəllənin 206-cı maddəsinə görə,
”Qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və
ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə
etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların keçirilməsidir”.
Bu maddənin birinci hissəsinə görə “mallar və digər əşyalar külli miqdarda keçirildikdə 5 ilədək
azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Cinayət Məcəlləsinin 15-ci maddəsinə görə bu cür cinayətlər “az ağır cinayətlər” (CM 15.3-cü maddə)
hesab olunur.
206-cı maddənin ikinci hissəsinə görə “narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli,
zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və nurğuların hərbi silahın və texniknın (yivsiz odlu
ov silahlı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə,
kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan
Respublikası gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar, müəyyən edilmiş strateji
əhəmiyyətli xammalın mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının
gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük
eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün
bəyan etməməklə keçirilməsi - əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Yeni Cinayət Məcəlləsinin bu maddəsi əvvəlkindən fərqli olaraq daha ətraflı və dəqiq
təsnifləşdirilmişdir. Əgər əvvəlki CM-də bu maddənin üçüncü hissəsi ümumi şəkildə verilmişdirsə, yəni CM-də
hər hal üçün xüsusi yarımbəndi nəzərdə tutulmuş, bu cür əməllərin mütəşəkkil dəstə tərəfindən həyata
keçirilməsi üçün isə ayrıca bənd göstərilmişdir.
Belə ki, yeni CM-in 206-cı maddəsinin üçüncü hissəsinə görə, “bu Məcəllənin 206.1 və 206.2-ci
maddələrində nəzərdə tutulmuş əməllə:
206.3.1. təkrar törədildikdə;
206.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
206.3.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
206.3.4. gömrük nəzarətini həyata keçirən şəxsə zor tətbiq etməklə törədildikdə - əmlakı müsadirə
olunmaqla və ya olunmamaqla 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Bu cür cinayətlər isə “ağır cinayətlər” (CM 15.4-cü maddə) hesab olunur.
206-cı maddənin dördüncü hissəsinə görə, “bu Məcəllənin 206.1-206.3-cü maddələrində nəzərdə
tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə - əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. Öz xarakterinə görə belə cinayətlər “ən ağır
cinayətlər” (CM 15.5 maddə) hesab edilir.
Bu maddədə “külli miqdar dedikdə keçirilən qaçaqmalçılıq əşyalarının dəyərinin minimum əmək
haqqı məbləğinin dörd min mislindən yuxarı olan məbləğ başa düşülür (CM 206-cı maddə, “Qeyd”
hissəsi).
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 17.04.2007-cə il tarixində qəbul olunmuş
«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» (№313-
IIIQD) Qanunun qüvvəyə minməsi haqqında Azəfrbaycan Respublikası prezidenti i.Ə.Əliyev cənablarının
22.05.2007-ci il tarixli fərmanı ilə həmin qanunun 32.2. maddəsinin icrasını DGK öz səlahiyyətləri daxilində
həyata keçirir.
Gömrük işi sahəsindəki digər cinayətlər, gömrük ödənişlərinin ödənilməsindən yayınma, qanunsuz
valyuta əməliyyatları və valyuta sərvətləri ilə əlaqədar sair əməllər, incəsənət, tarixi və arxeoloji sərvət olan
əşyaların qaytarılmamasıdır.
Köhnə CM-dən fərqli olaraq, ilk dəfə yeni qəbul olunmuş Cinayət Məcəlləsində “Azərbaycan
Respublikasının Gömrük Məcəlləsindi” öz əksini tapmış, gömrük işi sahəsindəki cinayətlər - GM-nin 213
(qaçaqmalçılıq), 214 (bədii, tarixi və arxeoloji sərvətlərin qaytarılması) 215 (gömrük ödənişlərindən
yayınma) və 216-cı maddələri (qanunsuz valyuta əməliyyatları ilə əlaqədar) üzrə cəzalar ayrı-ayrı
maddələrdə verilmişdir.
Fiziki şəxslərin, vəzifəli şəxsin və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan
şəxslərin külli miqdarda gömrük ödənişlərini ödəməkdən qəsdən yayınması cinayət hesab olunur.
Bu müddəa bütünlüklə öz əksini Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsində
tapmışdır: “Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında
ödəmək hər kəsin borcudur”.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 207-ci maddəsinə görə, “Azərbaycan
Respublikasının qanunvericiliyinə müvafiq olaraq qaytarılması məcburi olan Azərbaycan
141
Respublikasının hüdudlarından kənara çıxarılmış Azərbaycan Respublikasının və xarici ölkələrin
incəsənət, tarixi və arxeoloji sərvəti olan əşyaların müəyyən edilmiş müddətdə Azərbaycan
Respublikasına qaytarmamaq - əmlakı müsadirə olunmaqla və yv olunmamaqla üç ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
CM-nin 209-cu maddəsinin birinci hissəsinə görə, “xeyli miqdarda gömrük ödənişlərinin
ödənilməsindən yayınma minimum əmək haqqı məbləğinin min mislindən iki min mislinədək miqdarda
cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır”. Əgər bu əməllər təkrar (209.2.1) və külli
miqdarda (209.2.2) törədilərsə, onda “minimum əmək haqqının iki min mislindən beş min mislinədək
miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və eyni müddətə azadlıqdan məhrum etmə ilə
cəzalndırılır” (209.2-ci maddə).
Bu maddə “xeyli miqdar” dedikdə ödənilməmiş gömrük ödənişlərini minimum əmək haqqı məbləğinin
iki min mislindən, “külli miqdar” dedikdə dörd min mislindən yuxarı olan məbləğ başa düşülür.
Bu Məcəllənin 209.1. və 209.2-ci maddələrində nəzərdə tutulan əməlləri ilk dəfə törətmiş şəxs cinayət
nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.
Qanunsuz valyuta əməliyyatları ilə əlaqədar cinayətlər isə CM-in 206.1. və 208-ci maddələrinə uyğun
cəzalandırılır.
16.2.2. Gömrük orqanları tərəfindən təhqiqatın və istintaqın aparılması
Təhqiqat ilkin istintaqın forması kimi qaldırılası cinayət işi üzrə mövcud qanunvericilikdə müəyyən
edilmiş qaydalar əsasında həyata keçirilir.
Təhqiqat orqanları ilk olaraq cinayətin baş verdiyini aşkarlayır, iş qaldırır, cinayətin izlərinin aşkar
edilməsi üçün vacib hərəkətlər edir, şübhəli şəxsi saxlayır və cinayətin qarşısını alırlar.
Əgər aparılan təhqiqat işi, həmin iş üzrə ilkin istintaqı vacib edirsə, onda təhqiqat işi müstəntiqə verilir.
Əks halda, təhqiqat orqanı işin istintaqını axıra çatdırmalıdır. Yadda çaxlamaq lazımdır ki, ilkin istintaqın vacib
olduğu işlərdə, təhqiqat işi ümumi xarakter daşıyır, daha doğrusu, təhqiqat orqanları, yalnız “isti izlər üzrə”
vacib istintaq hərəkətləri lazım gəldikdə və müstəntiqin işə başlaya bilmədiyi halda təhqiqat aparırlar.
Əgər cinayət işini müstəntiq qaldırıbsa və icraata özü qəbul edibsə, onda təhqiqat aparılmır, təhqiqat
orqanları isə müstəntiqin tapşırığı ilə əməliyyat-axtarış, nadir hallarda isə istintaq hərəkətlərində iştirak edirlər.
Gömrük orqanları aşağıdakı cinayət işləri üzrə təhqiqat və istintaq orqanı sayılır (CPM. 38, 45 və 47-ci
maddələr):
1) qaçaqmalçılıq (AR CM 206-cı maddə);
2) incəsənət, tarixi və arxeoloji sərvət sayılan əşyaların Azərbaycan ərazisinə gətirilməməsi (AR
CM 207-ci maddəsi);
3) gömrük ödənişlərinin ödənilməsindən yayınma (AR CM 209-cu maddəsi).
Gömrük orqanları sistemində təhqiqat və ibtidai istintaq işlərini Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin məsul şəxsi apara bilər.
Təhqiqat aparan şəxs, qəbul etdiyi qərarın istintaq hərəkətləri baxımından əsaslığına,
qanunauyğunluğuna və vaxtında aparılmasına görə məsuliyyət daşıyır.
Təhqiqatçı aşağıdakı hallarda işin istintaqında iştirak edə bilməz:
1) əgər o, zərərçəkmiş, şikayətçi, cavabdeh, müstəntiqdirsə, habelə həmin işdə ekspert, mütəxəssis
və tərcüməçi kimi iştirak edirsə;
2) əgər o, zərərçəkmişin, şikayətçinin, cavabdehin və ya onların nümayəndələrinin, habelə şübhəli
şəxslərin və ya onların nümayəndələrinin qohumudursa;
3) əgər o, bu və ya digər dərəcədə, bilavasitə və ya dolayısı ilə aparılan işdə maraqlıdırsa.
Yuxarıda sadalanan halların hər hansı birinə əsas olduqda, təhqiqatçı bu barədə rəhbərinə xəbər verməli
və işin istintaqından kənarlaşmalıdır.
Respublikanını gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların,
avadanlıqların, strateji əhəmiyyətli xammalın, mədəni sərvət olan əşyaların və s. qaçaqmalçılıq yolu ilə
keçirilməsi, bundan başqa incəsənət, tarixi və arxeoloji sərvət olan əşyaların müəyyən edilmiş müddətdə
Azərbaycana qaytarılmaması, şərti maliyyə vahidinin iki min mislindən (yəni 11 milyon manat) yuxarı olan
məbləğdə gömrük ödənişlərinin ödənilməsindən yayınma və s. kimi hallar cinayət xarakterli hesab olunurlar.
Cinayət-Prosessual Məcəllənin 214-cü maddəsinin mahiyyətindən aydın olur ki, təhqiqat ibtidai
araşdırmanın növü kimi aşağıdakı şəkildə aparılır:
a) ibtidai istintaqı məcburi olan cinayət işləri üzrə təxirəsalınmaz istintaq hərəkətlərinin icraatı;
b) böyük ictimai təhlükə törətməyən bəzi aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş
icraat.
142
Burdan belə bir nəticəyə gəlmək olar ki, ibtidai instintaq geniş mənada iki formada - ibtidai istintaq və
təhqiqat formasında aparılır. İbtidai istintaqın aparılmasını nizamlayan cinayət-prosessual qanunvericiliyinin
normaları, kiçik istisnalarla, demək olar ki, eynilə təhqiqatın gedişatını da nizamlayır.
Təhqiqat müstəqil şəkildə çox az miqdarda cinayət işlərində ibtidai istintaqın əvəzində aparılır.
Cinayət-Prosessual Məcəllənin 215.1-ci maddəsində deyildiyi kimi, böyük ictimai təhlükə törətməyən
cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində aparılan təhqiqat istisna olmaqla, bütün cinayət
işləri üzrə ibtidai istintaqın aparılması məcburidir. CPM-in 214-3-cü maddəsinə müvafiq olaraq, bu kateqoriyalı
cinayət işləri üzrə cinayətin əlamətləri mövcud olduqda təhqiqat orqanı cinayət işini başlayır və cinayət-
prosessual qanunvericiliyini rəhbər tutaraq cinayətin izlərini müəyyən etmək və möhkəmləndirmək, habelə
cinayət törətməkdə şübhə edilən şəxsi tapmaq məqsədi ilə əməliyyat-axtarış tədbirləri və təxirəsalınmaz istintaq
hərəkətləri aparır.
Təxirəsalınmaz istintaq hərəkətləri dedikdə gömrük orqanlarının təhqiqatçıları tərəfindən baxışın,
axtarışın, götürmənin, şəxsi müayinənin, şübhəli və ya təqsirləndirilən şəxsin dindirilməsi, zərər çəkmiş şəxsin
və şahidlərin dindirilməsi və digər hərəkətlərin həyata keçirilməsi başa düşülür.
Cinayət-Prosessual Məcəllənin 236.1-ci maddəsinə müvafiq olaraq, cinayətin izlərinin, sübut mənbəyi
ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan
digər halların müəyyən edilməsi məqsədi ilə gömrük orqanlarının təhqiqatçısı və müstəntiqi hadisə yerinin,
binaların, sənədlərin, əşyaların və digər predmetlərin baxışını aparır.
Cinayətin mühakimə icraatında, bir qayda olaraq predmetlərin və sənədlərin baxışı müvafiq istintaq
hərəkətləri aparılarkən (hadisə yerinin baxışı, axtarış, götürmə) həyata keçirilir. Baxış nəticəsində predmet və ya
sənəd barədə əldə edilən məlumatlar həmin istintaq hərəkəti protokolunda qeyd edilir. Predmetin və ya sənədin
yerindəcə baxışını aparmaq mümkün olmadıqda, müstəntiq onları qəbul etməsi barədə müvafiq akt tərtib
edərək, qablaşdırır və möhürləyir.
CPM-in 242-246-cı maddələrində axtarış və ya götürmənin bir istintaq hərəkəti kimi mahiyyəti,
məqsədi və iş üçün əhəmiyyəti geniş şərh edilmişdir. Qanunda göstərilmişdir ki, əldə edilmiş (mövcud) sübutlar
və ya əməliyyat-axtarış fəaliyyətinin materialları hər hansı yaşayış, xidməti və ya istehsalat binasında, digər
yerdə, yaxud hər hansı şəxsdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və sənədlərin olmasını
güman etməyə kifayət qədər əsas verdikdə müstəntiq axtarış apara bilər.
Axtarış və ya götürmə, bir qayda olaraq, məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə axtarış və ya
götürmənin aparılması haqqında qərarı müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual
rəhbərliyi həyata keçirən prokurorun təqdimatı olduqda çıxara bilər.
Axtarış və götürmə zamanı, CPM-in 244.1-ci maddəsinin tələbinə görə azı 2 (iki) hal şahidlərinin
iştirakı məcburidir.
Şəxsi müayinə, cinayət-prosessual qanunda verilmiş şərhə görə, məhkəmə-tibb ekspertizasının
keçirilməsi tələb edilmədiyi halda şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidin bədənində
cinayətin izlərini və ya xüsusi əlamətləri aşkar etmək məqsədilə müstəntiq tərəfindən aparılır.
Gömrük orqanlarının təhqiqat və istintaq fəaliyyətinə aid olan cinayət işləri CM-in 206-207 və 209-cu
maddələri əsasında qaldırılır. CM-in 206 və 207-ci maddələrinin tərkibini təşkil edən əməllər (hərəkət və ya
hərəkətsizlik) CM-in 15.3-cü maddəsinin şərhinə görə ağır cinayətlər, 209-cu maddə ilə törədilmiş cinayət isə
CM-in 15.2-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur.
Beləliklə, Cinayət-Prosessual Məcəllənin 215.1-ci maddəsinin tələbinə görə gömrük orqanları CM-in
206 və 207-ci maddələri ilə qaldırılmış cinayət işləri üzrə təhqiqatı 10 (on) gün müddətində, amma CM-in 209-
cu maddəsi ilə qaldırılmış cinayət işi üzrə təhqiqatı tam şəkildə aparmağa səlahiyyətlidirlər.
Onu da qeyd etmək lazımdır ki, Cinayət-Prosessual Məcəllənin 214.4-cü maddəsində izah edilir ki,
məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat CM-in 127.1, 128-132, 174-176, 177.1, 186.1, 187.1,
187.2, 196.1, 197.1 və 201.1-ci maddələri ilə nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən aşkar
cinayətlər üzrə aparılır. Bu siyahıda CM-in 209-cu maddəsi göstərilməmişdir. Lakin yuxarıda qeyd edildiyi
kimi, CM-in 15.2-ci maddəsinə görə CM-in 209-cu maddəsinin tərkibini təşkil edən əməllər böyük ictimai
təhlükə törətməyən cinayətlər hesab olunur və bu növ cinayətlər üzrə cinayət işini gömrük orqanının
təhqiqatçıları tərəfindən qaldırılaraq tam miqyasda təhqiqat formasında aparıla bilər.
Cinayət-Prosessual Məcəllənin 214.4-cü və Cinayət Məcəlləsinin 15.2-ci maddələri arasında yaranmış
uyğunsuzluq, zənnimizcə, gələcəkdə Azərbaycan Respublikasının qanunvericilik orqanları tərəfindən aradan
qaldırılmalıdır.
Gömrük Məcəlləsinin 218, Cinayət-Prosessual Məcəllənin 47, 207, 209 və 210-cu maddələrinə görə
cinayət işini başlamağa səlahiyyətli olan gömrük orqanlarından və vəzifəli şəxslərdən tələb olunur ki, hər bir
cinayət barədə daxil olan ərizə və məlumatları vaxtında qəbul edib, onları yoxlayıb müvafiq qərar çıxartsınlar.
143
Azərbaycan Respublikasının gömrük orqanları törədilmiş, törədilən və ya törədilməsinə hazırlıq görülən
cinayətlər haqqında ərizə və məlumatlara baxanda, Azərbaycan Respublikasının cinayət-prosessual
qanunvericiliyinin tələblərinə ciddi surətdə riayət etməlidirlər.
Belə ki, CPM-in 207.1.2-ci maddəsinə müvafiq olaraq, gömrük orqanlarının təhqiqatçıları və
müstəntiqləri zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında
məlumatlar istisna olmaqla) aldıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən,
ekspertin rəyinin alınması ilə əlaqədar isə 20 (iyirmi) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması
üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlamanı apararaq nəticələri üzrə cinayət işinin başlanması və
ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edir.
16.3. Gömrük orqanlarının əməliyyat-axtarış fəaliyyəti
16.3.1. Əməliyyat-axtarış fəaliyyəti anlayışı
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (11.12.1999) birinci
maddəsinə görə, əməliyyat-axtarış fəaliyyəti-müvafiq dövlət orqanları tərəfindən aşkar və qeyri-aşkar üsullarla
bu Qanunla ona verilmiş səlahiyyətlər əsasında insan həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, hüquqi
şəxsin qanuni mənafelərini, dövlət və hərbi sirrini, habelə milli təhlükəsizliyi cinayətkar qəsdlərdən müdafiə
etmək məqsədi ilə həyata keçirilir.
Əməliyyat-axtarış fəaliyyətinin məqsədi dövlətin, cəmiyyətin və şəxsiyyətin təhlükəsizliyini təmin
etməkdir.
Əməliyyat-axtarış fəaliyyətinin vəzifələri aşağıdakılardır:
- hazırlanan və törədilən cinayətlərin qarşısının alınması;
- törədilmiş cinayətlərin aşkar edilməsi və açılması;
- cinayətləri hazırlayan, törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi;
- məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyu qaçıran və ya itkin
düşən şəxslərin axtarılması;
- naməlum meyitlərin şəxsiyyətinin müəyyən edilməsi.
Əməliyyat-axtarış fəaliyyətinə aid olan ilk üç vəzifə bilavasitə gömrük orqanlarının işi ilə əlaqədardır.
Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 1999-cu il 206 saylı “Əməliyyat-axtarış fəaliyyəti
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərmanının ikinci bəndinin üçüncü
hissəsinə görə, Qanunun 5-ci maddəsinin IV hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti
orqanları”nın səlahiyyətləri öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası DİN, Azərbaycan Respublikası
MTN, Azərbaycan Respublikası Dövlət Sərhəd xidməti, Azərbaycan Respublikası ƏN, Azərbaycan
Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə orqanları Baş Mühafizə İdarəsi və Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi həyata keçirirlər.
Əməliyyat-axtarış fəaliyyəti-xüsusi fəaliyyət növü olub, xüsusi məqsədlərin yerinə yetirilməsinə xidmət
edir. Bu sahə ilə yalnız xüsusi səlahiyyəti olan dövlət orqanları məşğul ola bilər. Gömrük orqanlarına belə bir
səlahiyyət, Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərdiyimiz fərmanı ilə verilmişdir.
Əməliyyat-axtarış fəaliyyəti digər fəaliyyət növlərindən öz spesifikliyi ilə kəskin fərqlənir. Belə ki, bu
fəaliyyət növünün prinsipləri konsepsiya və gizli iş üsulları ilə həyata keçirilir.
Konspirasiya - əməliyyat-axtarış fəaliyyətinin vacib və toxunulmaz qaydası olub, qabaqcadan
planlaşdırılmış, gizli həyata keçiriləcək cinayət işlərinin qarşısını almaq üçün həyata keçirilən tədbirdir.
Konspirasiya nəticəsində cinayət törətmiş şəxs haqqında dəqiq məlumatlar toplanır və tam sübut
olunmayana qədər açıqlanmır. Eyni zamanda kospirasiya, əməliyyat-axtarış fəaliyyətində iştirak edənlərin şəxsi
təhlükəsizliyini kifayət qədər təmin edir.
Əməliyyat-axtarış fəaliyyəti qanunçuluq, humanistlik, insan hüquq və azadlıqlarına hörmət prinsiplərinə
əsaslanır. Lakin hər hansı şəxsin vətəndaşlığı, milliyyəti, cinsi, qulluq mövqeyi, partiyalılığı, dinə münasibəti,
siyasi baxışları və s. əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə mane ola bilməz.
Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 35-ci fəslinə və “Əməliyyat-axtarış fəaliyyəti
haqqında” Azərbaycan Respublikası Qanununa əsasən gömrük orqanları müxtəlif əməliyyat-axtarış fəaliyyəti ilə
məşğul olurlar. Bunlardan birincisi informasiya fəaliyyətidir.
İnformasiya fəaliyyəti, informasiya ilə işləmə, informasiya üzərində işləmə və informasiya mənbəyi ilə
işləməkdir.
Məxfi mənbə ilə işləmək aşağıdakıların əldə edilməsinə xidmət edir:
1) cinayətə cəhd ediləcəyi və qorunan obyektlərin təhlükəsizliyinə mümkün qəsd əlamətləri
barədə qabaqlayıcı məlumatlar almaq (aşkar etmək);
144
2) hazırlanacaq və ya baş vermiş qəsdlər barədə faktlar və əlamətlər, habelə bu cinayətlərin
ziyanlı nəticələrini aradan qaldırmaq istiqamətində məlumatlar (aşkarlamaq və xəbərdarlıq etmək)
toplamaq;
3) baş vermiş cinayət, onun açılması və müqəssirin məsuliyyətə cəlb olunması üçün konkret
faktiki məlumatlar (ehtiyat tədbiri görmək) əldə etmək. Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə məxfi
əməkdaşlıq etmiş və edən şəxslər barədə məlumatlar yalnız həmin şəxslərin yazılı razılığı ilə və ya
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda birbaşa nəzərdə tutulmuş
hallarda aşkarlana bilər.
Alınmış məlumatların yenidən yoxlanması, əlavə məlumatların alınması və dəqiqləşdirilməsi məqsədi
ilə xüsusi texniki qurğular və kriminalistik vasitələrdən istifadə olunur. Əldə olunmuş məlumatlar işlənir, analiz
edilir və cinayət mexanizminin açılması prosesində, habelə cinayətin konkret iştirakçılarının axtarılmasında
istifadə olunur.
Mövcud qanunvericiliyə görə, Azərbaycan Respublikası gömrük orqanları əməliyyat-axtarış
tədbirlərinin həyata keçirilməsi zamanı informasiya sistemlərindən, video və səsyazmadan, kino və
fotoçəkilişlərdən, həmçinin vətəndaşların həyat və sağlamlığına, ətraf mühitə zərər vurmayan digər texniki və
başqa vasitələrdən istifadə edə bilər.
Əməliyyat-axtarış fəaliyyəti daha çox kəşfiyyat-axtarış və “nişangah”-axtarış fəaliyyətlərinin birgə
həyata keçirilməsinə əsaslanır. Ona görə də, hüquqi cəhətdən gömrük orqanının əməliyyat bölmələrinin
əməkdaşları, təhqiqatçı-müstəntiqlərdən prinsipial cəhətdən fərqlənirlər. Belə ki, əgər təhqiqatçı və müstəntiq
cinayətlə bağlı rəsmi dövlətin adından açıq şəkildə hərəkət edirlərsə, əməliyyat işçiləri, bir qayda olaraq, lazımi
məlumatları əldə etmək üçün obyekt qarşısında öz məqsədlərini gizlədərək fəaliyyət göstərir. Ona görə də,
əməliyyat işçiləri və onların obyektləri arasındakı münasibətlər qeyri-rəsmi və qeyri-hüquqi hesab olunur. Çünki
əməliyyat işçilərinin məqsədi və hərəkətləri məxfi üsullarla həyata keçirilir.
Əməliyyat yolu ilə əldə olunmuş məlumatlar əməliyyat sənədlərində qeydə alınır, əməliyyat məqsədləri
üçün istifadə olunur və əksər hallarda prosessual qaydada rəsmiləşdirilmir.
Qanunvericiliyə uyğun qaydada təqsiri sübuta yetirilməyən şəxs haqqında əməliyyat-axtarış tədbirləri
nəticəsində əldə edilmiş materiallar bir il müddətində saxlanılır, sonra isə məhv edilir (“Əməliyyat-axtarış
fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu, 15-ci maddə V hissə).
Dostları ilə paylaş: |