Müvafiq uzunluqda olan dalğanın yaratdığı rənglər
380 – 450
480
500
521
540 – 560
572
600 – 650
650 - 780
Bənövşəyi
Mavi
Göy
Yaşıl
Yaşıl
Sarı
Çəhrayı
Qırmızı
Görmə duyğularının reseptorları gözün torlu qişasında yerləşir. Burada iki cür
hüceyrələr: çöpcüklər və kolbacıqlar mövcuddur. Çöpcüklər işığı, kolbacıqlar rəngləri
duyma orqanıdır. Çöpcüklər pozulduqda toyuq korluğu, kolbacıqlar pozulduqda isə
yarasa korluğu baş verir.
Eşitmə duyğusu. Bu duyğular səslərin inikasından ibarətdir. Eşitmə duyğusu
dəyişən hava dalğalarının eşitmə analizatoruna təsiri nəticəsində əmələ gəlir. Qulağa
təsir edən dalğa aşağı və yuxarı təzyiq kimi əlamətləri ilə xarakterizə olunur. Dalğaya
xas olan bu cəhətlər səsin ucalığını, gurluğunu və tembirini yaradır. Səsin ucalığı
dalğanın tezliyi, quruluğu dalğanın amplitudası, tembri isə dalğanın formasından
asılıdır. İnsan qulağı saniyədə 20 dən 20 000-ə qədər hersə bərabər olan səsləri eşidə
bilir. Hers səsi əmələ gətirən dalğanın tezliyinin fiziki ölçü vahididir.
Dostları ilə paylaş: |