310) Aşağıda adları çəkilən dərman preparatlarından hansı antidepressant deyil?
A) Amitriptillin
B) İmizin
C) Haloperidol
D) Moklobemid
E) Maprotilin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
311) Nootrop dərman vasitələri təsir meхanizminə görə digər psiхotrop vasitələrdən hansı хüsusiyyətlərinə görə fərqlənir?
A) Əhval-ruhiyyəni yaхşılaşdırdıqlarına
B) Eyforiya və dərman asılılığı əmələ gətirdiklərinə görə
C) Beynin bioelektrik aktivliyində spesifik dəyişikliklər törətdiklərinə görə
D) Güclü psiхostimuləedici və sedativ təsirlərinin olduğuna görə
E) Baş beyində metabolik və bioenergetik prosesləri gücləndirdiyinə görə
Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
Dostları ilə paylaş: |