625) Xoruzgülü otundan alınan yeni Qalen preparatı hansıdır?
A) Strofantin
B) Adonizid
C) Diqoksin
D) Digitoksin
E) Korqlikon
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
626) Acı yovşan tinkturasından nə üçün istifadə edilir?
A) İştahaartırıcı kimi
B) Ödqovucu kimi
C) İştahanı azaltmaq üçün
D) Mədə-bağırsaq xəstəliklərində
E) Qurdqovucu kimi
Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İslamova. «Farmakoqnoziya», Bakı, 1984
627) Hansı resept dozalanmış sadə poroşoklara aiddir?
A) Rp.: Acidi borici 20,0 D.S.Qarqara məhlulu hazırlamaq üçün
B) Rp.: Streptocidi 25,0 D.S. Yaraya səpmək üçün
C) Rp.: Natrii hydrocarbonatis 30,0 D.S. Qarqara məhlulu hazırlamaq üçün
D) Rp.: Kalii bromidi 0,5 D.t.d. N20 S. Gündə 3 dəfə 1 poroşok qəbul etməli
E) Rp:. Natrii tetraboratis 30,0 D.S. Qarqara məhlulu hazırlamaq üçün
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva.Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri. Bakı,2005
628) Göstərilən mərhələlərdən hansı poroşokların hazırlanma texnologiyasına aid deyil?
A) Dozalama
B) Xırdalama
C) Qarışdırma
D) Həlletmə
E) Bükmə
Ədəbiyyat: F.Ə.Təhməzov, K.Y.Əliyeva.Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri. Bakı,2005
Dostları ilə paylaş: |