744) Dərman maddəsinin hansı təsiri etiotrop təsir adlanır?
A) Dərman maddəsinin toxunduğu nahiyəyə göstərdiyi təsir
B) Xəstəliyin simptomlarına qarşı yönəlmiş təsir
C) Xəstəliyin səbəbinə qarşı yönəlmiş təsir
D) Dərman maddəsinin yeridildiyi nahiyəyə göstərdiyi təsir
E) Dərman maddəsinin qana sorulduqdan sonra göstərdiyi təsir
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
745) Hansı poroşoklar (tozlar) mürəkkəb poroşoklar adlanır?
A) Tərkibcə bitki mənşəli dərman maddəsindən ibarət olan poroşoklar
B) Tərkibində bir dərman maddəsi olan poroşoklar
C) Tərkibi narkotik dərman maddəsindən ibarət olan poroşoklar
D) Tərkibində iki və daha çox dərman maddəsi olan poroşoklar
E) Tərkibcə sintetik dərman maddəsindən ibarət olan poroşoklar
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “Elm və təhsil”-2014
746) Kimyəvi təbiətinə görə mürəkkəb efirlərə və amidlərə aid olan yerli anestetiklər bir birindən nə ilə fərqlənir?
A) Tərkibində amid rabitəsi olan yerli anestetiklərin təsiri zəif və qısamüddətli olur
B) Tərkibində amid rabitəsi olan yerli anestetiklər yalnız keçirici anesteziya üçün istifadə olunur
C) Tərkibində amid rabitəsi olan yerli anestetiklərin təsiri daha güclü və uzunmüddəti olur
D) Tərkibində amid rabitəsi olan yerli anestetiklərin təsiri gec başlayır və zəif olur
E) Tərkibində mürəkkəb efir rabitəsi olan yerli anestetiklərin təsiri tez başlayır və daha güclü olur
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya(reseptura ilə birlikdə)” Bakı- “ELm və təhsil”-2014
Dostları ilə paylaş: |