862) Hipofizin arxa payının hormon preparatları hansılardır?
A) İntermedin, sermorelin
B) Tireoidin, tiamazol
C) Kortikotropin, somatropin
D) Tiroksin, triyodtironin
E) Oksitosin, vazopressin
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
863) İnsulin preparatları hansı aktivlikdə buraxılır?
A) 40 TV/ml və 60 TV/ml
B) 60 TV/ml və 100 TV/ml
C) 40 TV/ml və 100 TV/ml
D) 20 TV/ml və 40 TV/ml
E) 20 TV/ml, 40 TV/ml və 100 TV/ml
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
864) Sintetik hipoqlikemik preparatlar hansı dərman formaları şəklində buraxılır?
A) Ancaq venadaxili inyeksiya dərman forması şəklində
B) Tablet və venadaxili inyeksiya dərman formaları şəklində
C) Tablet və əzələdaxili inyeksiya dərman formaları şəklində
D) Ancaq tablet şəklində
E) Əzələdaxili və venadaxili inyeksiya dərman formaları şəklində
Ədəbiyyat: E.Ağayev,İ.Rəhimov.“Farmakologiya (reseptura ilə birlikdə)” Bakı-“Elm və təhsil”-2014
Dostları ilə paylaş: |