104) Dərman vasitələrinin müvafiq keyfiyyət standartlarının tələblərinə uyğunluğunu təsdiq edən sənəd hansıdır?
A) Pasport
B) Standart
C) Keyfiyyət sertifikatı
D) Təlimat
E) Farmakopeya məqaləsi
Ədəbiyyat: Vəliyeva M.N., Cabbarova Ş.A., Quliyeva E.A. Əczaçılığın menecmenti. I hissə, 2002.
105) “Dərman vasitələrinin təhlükəsizliyi” terminini ətraflı izah edən xarakteristika hansıdır?
A) Dərman vasitələrinin xəstəliyin müalicəsinə müsbət təsirinin dərəcəsinin göstəricisi
B) Dərman vasitəsinin yüksək keyfiyyəti
C) Dərman vasitələrinin səmərəliliyinin müqayisəli təhlilinə və sağlamlığa zərər vura bilmə ehtimalının qiymətləndirilməsinə əsaslanan göstəricisi
D) Dərman vasitələrinin beynəlxalq standartların tələblərinə uyğunluğu
E) Dərman vasitələrinin dövlət standartlarının tələblərinə uyğunluğu
Ədəbiyyat: M.N.Vəliyeva, E.A.Quliyeva və b. Aptek müəssisələrində əmtəə siyasəti. B., 2003, s. 1-25
Dostları ilə paylaş: |