HM d-cabiR HM dov zeytun v zeytun ya I (Monoqrafiya)
Cədvəl 2.3. Konservləşdirilmiş ədviyyatlı
qara zeytunun orqanoleptiki göstəriciləri.
Göstəricinin adı
X a r a k t e r i s t i k a s ı
Əla növ
Birinci növ
Konserv üçün
Xarici
görünüşü
Ölçüləri eyni olan, ləkəsiz, mexaniki
zədələrsiz və saplaqsız meyvələr, en
kəsiyinin ən böyük diametri, mm, ən azı:
Ölçüsü
16
14
Ən çoxu 25% ölçüləri eyni olmayan, ləkəli meyvələrin olmasına yol verilir.
Dad və iyi
Duzlu, meyvələrin yağı hiss olunmaqla, ədviyyat ətri ilə, kənar tam və iylərsiz. Zeytuna məxsus cüzi acılığa yol verilir
Rəngi
Eyni rəngli meyvələr, tünd qəhvəyidən açıq qəhvəyi rəngədək
Konsisten-siyası
Elastik, möhkəm, bişirilməmiş meyvələr
Kütlə üzrə ən çoxu 8% yumşaq meyvələrin olmasına yol verilir
Məhlulun keyfiyyəti
Şəffaf, içərisində asılı hissəciklər olmayan, bozumtul- qəhvəyi çalarlı məhlul
Daha tünd çalarlara və meyvə lətinin cüzi çöküntüsünə yol verilmir.
Kənar
qatışıqlar
Yol verilmir
Qeyd: Əla növ konservdə ən çoxu 2%, birinci növ konservdə ən çoxu 10% kənd təsərrüfatı ziyanvericiləri ilə zədələnmə izləri (iynələnmiş şəkildə) olan meyvələrin olmasına yol verilir.
Fiziki- kimyəvi göstəricilərinə görə konservləşdirilmiş qara zeytun 2.4. saylı cədvəldə göstərilən normalara uyğun olmalıdır.