KOSMİK MÜHİT – Yerdən kənarda, göy cisimlərinə, yaxud
komosa aid olan fiziki qüvvələrin məcmusu. K.m.-ə günəş radiasiyası
(istilik və işıq), kosmik radiasiya, ay işığı, kosmik toz və s. aiddir.
Biosfer-kosmik əlaqələr ilk dəfə V.İ.Vernadski (1926) tərəfindən
öyrənilmişdir.
KOSMİK RADİASİYA – Kosmosdan Yerə düşən kompleks
(qarışıq) tərkibli ionlaşmış şüalanma (şüalar). Yer səthi zonasında K.r.
bərk (əsasən mezonlar) və yumşaq (elektronlar, pozitronlar,
elektromaqnit dalğaları) şüalanmadan ibarət olur. K.r. ətraf (kimyəvi)
mühitin faktoru kimi orqanizmlər üçün mühüm əhəmiyyət kəsb edir.
KOSMİK ŞÜALAR – Kainatdan Yer atmosferinə düşən böyük
enerjili zərrəciklər (ilkin şüalanma) və onların atmosferdəki atom
nüvələri ilə toqquşması nəticəsində yaranan elementar zərrəciklər (ikinci
şüalanma) seli.
KOSMİK YERŞÜNASLIQ – kosmik metodlarla Yeri və yerətrafı
fəzanın tədqiqi kosmik aparatının köməyilə yerinə yetirilərək təbii
resursların öyrənilməsi və mənimsənilməsi, həmçinin ətraf mühitin
mühafizəsi vəzifəsini daşıyır. Termini A.V. Sidorenko (1980) təklif
etmişdir.
KOSMİK ZONDLAŞDIRMA – Yerin süni peyklərinin və pilotlu
uçan aparatların köməyi ilə atmosferin və yerin səthinin, o cümlədən
biosferin vəziyyəti haqqında məlumatların alınması.
KOSMOGENEZ – kosmosun, Kainatın qanunauyğun təkamülü.
KOSMOKİMYA – kosmik cisimlərin kimyəvi tərkibi, kimyəvi
elementlərin Kainatda yayılması və paylanması qanunauyğunluqları və
kosmik kütlələrdə atomların miqrasiyası haqqında elm.
KOSMOQONİYA – astronomiyanın bölməsi; kosmik cisimləri və
onların sistemlərinin mənşəyini, inkişafını öyrənir. Üç bölməyə ayrılır:
planet, ulduz və qalaktikalar K.-sı.
KOSMOPOLİTLƏR (BİOLOGİYADA) – Yer kürəsinin demək
olar ki, hər bir guşəsində (Antraktidadan başqa) yaşaya bilən heyvan və
bitki növləri, cinsləri, fəsilələri və ya daha iri qrupları. Ali dərəcəli K.-ə
taxıllar fəsiləsi, sərçəkimilər dəstəsi misal ola bilər. Həmçinin
multreqional K., bir çox regionlarda rast gəlinən növlər ayırırlar.
KOSMOS (yun. kosmos) – Kainat, kainatın sinonimi. Bəzən Yer
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
246
(atmosferi ilə birlikdə) K.-a aid edilir.
KOSMOSUN ÇİRKLƏNMƏSİ – kosmosun istifadəsi intensiv-
liyinin artması ilə bağlı olan yeni antropogen çirklənmə növü. Hazırda
Yerətrafı orbitdə 7 min iri obyektlər, o cümlədən 400 fəaliyyətdə olan
peyk mövcuddur, qalan obyektlər – xarab olmuş cihazlar, peyklərin və
uçan cihazların və s. var. Kosmos zibilləri kəsgin artmaqda davam edir.
Bir sıra ölkələrdə təhlükəli tullantıları toplamaq üçün «Kosmos
zibillikləri”» layihələri hazırlanır.
KÖK – yarpaqlı gövdəli bitkilərin (mamırlardan başqa) əsas
vegetativ orqanlarından biri: bitkini substrata birləşdirmək, ondan su və
qida maddələrini udmaq, qəbul olunmuş maddələrdən üzvi maddə sintez
etmək, onları bitkinin başqa orqanlarına keçirmək və mübadilə
prosesinin bəzi məhsullarını ifraz etmək funksiyasını daşıyır. Bəzi
bitkilərdə K.-ün ehtiyat qida maddələri toplamaq (yerkökü, çuğundur və
s.) və vegetativ çoxalma orqanı (kök pöhrələri) olmaqla əlavə vəzifələri
də var.
KÖK İFRAZATI – Bitki kökləri ilə torpaq və su mühitinə biolinlər-
üzvi və mineral maddələrin (amin turşulrı, karbohidratlar, üzvi turşular,
fosfatlar, sulfatlar, fermentlər) ifrazatı (ayrılması). Bu maddələr torpağa
fəal təsir göstərərək mikroorqanizmlərin risozferdən istifadəsinə şərait
yaradır və qonşu bitkilərin köklərinə də təsir göstərir.
KÖKLÜ SÜXUR – ilk yarandığı yerdə yerləşən bərk süxur. Adətən
aşınmış qabığın altında yerləşir, külək eroziyasına məruz qalmır.
KÖÇƏRİ QUŞLAR – bu və ya digər rayonlarda ancaq çoxalma
vaxtı, yaxud qışda yaşayan quşlar. K.q. yazda gəlir, bala çıxarır, payızda
gedir (yuvalayan quşlar) və payızda gəlib yazda gedirlər (qışlayan
quşlar). Azərbaycan Respublikasında 160 növ köçəri quş var (100 növü
yuvalayan, 60 növü qışlayan). Eyni növdən olan quşlar bir yerdə köçəri,
başqa yerdə oturaq ola bilər. Yuvaladığı və qışladığı rayonlar arasında
müvəqqəti görünən quşlar ötüb keçən quşlardır.
KÖÇMƏ – orqanizmlərin yem dalınca və ya istirahət etmək üçün
qısa müddətə nisbətən uzaq olmayan yerə köçməsi, (məs., qarğalar,
dovşanlar, dolaşalar, arıquşular, çəyirtkələr).
KÖRFƏZ – okeanın, dənizin və ya gölün quruya doğru soxulmuş,
lakin əsas hövzəsi ilə sərbəst su mübadiləsi olan hissəsi.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
247
KRİNOHALOKSEROFİTLƏR – yarpaqlarındakı vəziciklər
vasitəsilə izafi duzlardan azad olan duzadavamlı kserofil bitkilər
(dəvəayağı, qışotu və s.).
KRİNOHALOFİTLƏR – yarpaqlarda olan xüsusi vəziciklərlə
orqanizmdən duzun ayırması.
KRİOBİOLOGİYA – biologiyanın bölməsi; aşağı temperaturun
(soyuğun) canlı orqanizmlərə təsiri ilə məşğul olur.
KRİOBİONTLAR (yun. kryos – soyuq, şaxta) – çox soyuq yerlərin
daim sakinləri. (qarda və ya buzda).
KRİOBOİS – qarın daxilində və ya səthində yaşayan orqanizmlər.
KRİOFİLLƏR (yun. xeros - quru) – ərimiş qar sularından əmələ
gələn gölməçələrdə, buzun, yaxud qarın üzərində və dəniz buzlarından
əmələ gələn sularda yaşayan soyuqsevən heyvanlar. Temperatur
alçaldıqca onlar donub buza çevrilir. Kriofil yosunların kütləvi surətdə
artması qarın və buzun rənglənməsinə səbəb olur.
KRİOFİTLƏR – soyuq (vegetasiya dövründə orta ongünlük
temperatur 0-10
°C) və quru yerlərdə yaşamağa uyğunlaşmış bitkilər.
Psixrofitlərlə birlikdə tundranın, alp çəmənliklərinin, yüksək dağlıq
yerlərindəki çöküntü və qayaların əsas bitki örtüyünü əmələ gətirir.
Məs., Pamir, Tyanşan vəTibetin yüksək dağlıq səhralarında bitən
yastığaoxşar bitkilər K.-ə aiddir.
KRİOFOB – soyuq iqlimi olan yerlərdə yaşamağa alışmayan
orqanizm (növ).
KRİOGEN PROSES – torpağın mənfi dərəcəyə qədər soyuması,
donması və donunun açılması vaxtı baş verən fiziki, fiziki-kimyəvi və
bioloji proseslərin məcmusu: torpağın çat verməsi; torpaq donarkən
torpaq kütləsinin qarışması və torpaq nəmliyinin miqrasiyası; çınqıl və
daş qırıqlarının torpaq kütləsindən çıxarılıb onun səthində paylanması
və struktur – oliqonal törəmələrin – çoxkünclü daşlar, tor və s.-nin
formalaşması; şaxta-don qabarmaları və s.
KRİOKSEROFİTLƏR – soyuq və quru bitmə şəraitinin bitkiləri.
KRİOLOGİYA –qar və buz örtüyünü öyrənən elm; ümumi
buzşünaslıq.
KRİOSFER – Yer kürəsinin atmosfer, hidrosfer və litosfer ilə
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
248
sərhəd zonasında temperaturu mənfi olan soyuq təbəqəsi.
KRİPTOFİTLƏR – çoxillik ot bitkiləri; bərpa tumurcuqları
kökümsovlarda, kök yumrularında, soğanaqlarda yerləşir və torpağın
(geofitlər) altında olur.
KRİSTALLAŞMA – buxardan, məhluldan, maye ərintidən, amorf
və ya strukturlu kristal maddələrdən elektroliz prosesində və kimyəvi
reaksiya zamanı kristal əmələ gəlməsi. K. təbiətdə mineralların
yaranmasına səbəb olur. Suyun K.-sı atmosfer və torpaqda baş verən
hadisələrdə mühüm rol oynayır.
KRİTİK DOZA (yun. xenos – yad) – canlı orqanizmlər üçün
təhlükə yaradan ekoloji faktorun dozası.
KSENOBİOTİK (yun. xenos - yad) – orqanizm üçün istənilən yad
maddələr (məs. pestisidlər) bioloji proseslərin pozulmasına, o cümlədən
məhvinə səbəb olur.
KSEROFİLLƏR (yun. xeros – quru və fil) – quraq mühitə,
xüsusilə torpağın quraqlığına (səhralarda) uyğunlaşan heyvanlar. K.-in
bədən səthindən, tənəffüs orqanları qişalarından və mübadilə məhsuları
ilə su itkisi olduqca azdır. K. metabolik sudan (dəvə, ərəb dovşanı),
sidik kisəsində topladığı ehtiyat sudan (Avstraliya qurbağası), yaxud
qida ilə aldığı sudan istifadə etməklə (kərtənkələ, ilan, tısbağa, dovdaq
və s.) uzun müddət susuz yaşaya bilir. K.-in çoxunda yay yuxusu,
mövsümi diapauza, axşam-gecə fəallığı suyun qənaətlə sərf edilməsinə
səbəb olur. K. susuzluğa davamlı olsa da, su içmək üçün arabir uzaq
məsafələrə gedirlər (qulan, büldürük).
KSEROFİTLƏR – bir sıra uyğunlaşdırıcı əlamət və xassələrin
köməyi ilə istiyə və susuzluğa dözüb, quraq yerdə yaşayan, bitkilər. 20-
50% su itirildikdə solmağa dözür. K. əsasən aşağıdakı ekoloji-fizioloji
qrupları əhatə edir. Sukkulentlər – ətli yarpaq (aqava, aloye), yaxud
gövdəsi olan (kaktuslar), kökü üst qatında yayılın, istiyə davamlı, lakin
susuzluğa davamsız bitkilər. Hemikserofitlər – kök sistemi qrunt
suyuna çatan, quraqlığa davamlı, lakin uzun müddət susuzluğa
dözməyən, transpirasiya və maddələr mübadiləsi intensiv gedən bitkilər.
Bura çöldə bitən istəyədavamsız (məs. sürvə) və səhrada bitən istiyə
davamlı (məs. dəvətikanı) bitkilər daxildir. Evkserofitlər – kök sistemi
yaxşı budaqlanan, lakin çox dərinə getməyən (məs. yovşan), susuzluğa
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
249
və istiyədavamlı, maddələr mübadiləsi yavaş gedən bitkilər.
Poykilokserofitlər – su çatışmadıqda (tərkibində 2-5% su olduqda)
anabioz hala düşən, lakin tənəffüs tam mühafizə olduğu üçün hüceyrə
təşkili pozulmayan bitkilər.
KSENOBİOTİKLƏR – canlı biosfer üçün yad maddələr; çox vaxt
zəhərli olur (pestisidlər, ağır metallar, fenollar, detergentlər, plastik
kütlələr və s.).
KSERİT SUKSESSİYA – ilkin suksessiya formalarından biri olub
çılpaq qaya, qumlar və yə başqa qeyri-üzvi mənşəli töküntülər
(çöküntülər) üzərində bitki örtüyünün inkişafı. Belə substratlar zəif
susaxlama qabiliyyətinə malik olduğundan suksessiyanın ilk
mərhələlərində quru şəraiti ilə xarakterizə olunur.
KSEROFİTLƏŞMƏ – insan fəaliyyətinin təsiri nəticəsində
ekosistemlərdə, landşaftlarda torpağın nəmliyinin tədricən azalması və
quraqlaşmanın artması. K. ekosistemin məhsuldarlığını azaldır,
biosenozu dəyişdirir, fitosenozlarda kserofitlərin çoxalmasına, çox vaxt
bozqırlaşmaya və səhralaşmaya səbəb olur. Güman edilir ki, Yaxın
Şərqin bütün səhraları insan fəaliyyətinin təciri nəticəsində yaranmışdır.
Saxara səhrasının sahəsi bu səbəbdən ildə 100 min ha artır. K. prosesini
bərpa olunmayan hesab etmək olmaz. Bir sıra təbiəti mühafizə tədbirləri
(tarlaqoruyucu meşə zolaqları, torpağın münbitliyini artırmaq, suvarma,
torpaqqoruyucu aqrotexnika, otlaqların düzgün istifadəsi, torpaqda su
balansının saxlanması və s.) həyata keçirməklə K.-nin qarşısını almaq
mümkündür.
KSEROMORFİZM (yun. xeros – quru və morpe – forma,
görünüş) – quraq yerlərdə yaşayan kserofitlərin morfoloji-anatomik
quruluş xüsusiyyətləri, yarpaq səthinin kiçilməsi, xırda hüceyrəli kiçik
ağızcıqların çox olması, sıx damarlanma, ağızcıq üzərində mum örtük
və yarpaq üzərində tükcüklərin əmələ gəlməsi ilə xarakterizə edilir. K.
yarpaqların itməsi, kladodilər və ya tikanların (kaktusda) əmələ gəlməsi
ilə əlaqədardır. Bu dəyişikliklər bitkilərdə transpirasiyanın intensivliyini
aşağı salır, bitkinin quraqlığa davamlığı artır.
KSİLOBİONT (yun. xylon – kəsilmiş ağac və) – oduncaqda
yaşayan və qismən onunla qidalanan orqanizm.
KSİLOFAQLAR – oduncaqla qidalanan bitkilər.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
250
KULTİGEN (lat. cultus - becərmə) – mədəni becərmə prosesində
əmələ gələn və ya yalnız mədəni halda məlum olan bitki; bitkinin
mədəni növmüxtəlifliyi.
KURORTLAR – təbii sağlamlaşdırıcı amillərlə (mədən suları,
müalicə palçığı, əlverişli iqlim, çimərlik və s.) zəngin olan və amillərin
müalicə-profilaktika məqsədilə tətbiq edilməsi üçün müvafiq şəraitli
yer. Azərbaycan Respublikasını K. ölkəsi adlandırmaq olar: dünyada
yeganə müalicə nefti olan Naftalan, Günəşli çimərliklərlə zəngin
Abşeron, mülayim iqlimi, təmiz dağ havası, qiymətli mədən suları olan
Şuşa-Turşsu zonası, İstisu kurortu, zəngin kükürdlü mədən suyu,
əlverişli iqlim şəraiti olan Qalaaltı kurortu, Gəncə-Hacıkənd Göy Göl,
Quba-Xaçmaz-Nabran, Zaqatala-Şəki zonaları, müxtəlif tərkibli bol
mədən suları olan Naxçıvan Muxtar Respublikası və s.
KURORT MEŞƏLƏRİ – Kurort və sanatoriyaların yaxınlığında
olan gözəl tərtibli meşələr. K.m. günəş radiasiyasını dəyişərək ərazinin
mikroiqlim şəraitini yaxşılaşdırır, küləyin sürətini zəiflədərək istirahət
zonasında havanın rütubətini nizama salır. K.m. özündə sərinlik
saxlamaqla yanaşı, havanı xəstəlik törədən mikroblardan təmizləyərək
böyük sanitar-gigiyena əhəmiyyəti daşıyır. Yalama-Nabran kurort
zonasında mövcud düzən meşələri kurort quruculuğu işində böyük rola
malikdir. Burada 15,2 min hektar K.m. sahəsi ayrılmışdır. K.m-n
rekreasiya davamlılığını artırmaq məqsədi ilə meşə sahələrində abadlıq
işləri görülür: piyada marşrut yolları, mənzərəli yerlərə gedən yaxın və
uzaq məsafəli gəzinti cığırları düzəldilir, qısamüddətli istirahət üçün
çardaxlar, skamyalar, idman və oyun meydançaları təşkil edilir.
Naftalan, İstisu, Şuşa, Hacıkənd, Şəki, Lənkəran, Masallı, Astara
Qalaaltı, Sirab, Darıdağ, Qax kurortlarının ətrafında da K.m.-nin təşkili
nəzərdə tutulmuşdur.
KURORTOLOGİYA – tibbin bir bölməsi: təbii amillərin müalicəvi
xüsusiyyətlərini, mexanizmini, orqanizmə təsirini öyrənir, onları sosial-
gigiyena şəraitində müalicə- profilaktika məqsədi ilə sanatoriya-kurort
sistemli müəssisələrdə tətbiq edir. K.-ya balneologiya, balneoterapiya,
balneotexnika, palçıq müalicəsi, iqlim müalicəsi, kurortların
planlaşdırılması və tikilməsini təşkil edən məsələlər aiddir.
KÜKÜRDSÜZLƏŞDİRMƏ – qazıntı yanacaqlarından (kömür, neft
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
251
və tüstü qazları) kükürd birləşmələrinin kənar edilməsi.
KÜL, KÜL ELEMENTLƏRİ – üzvi maddələri (bitki, meşə
döşənəyi, heyvan və s.) yandırdıqda qalan yanmayan qalıq. Külü analiz
etməklə kül elementlərinin kimyəvi tərkibi müəyyən olunur və bununla
da qida maddələrinin çatışmamasını təyin etmək olar. ca, K, Na, Cl və S
elementlərinin cəmi ilə isə bitkinin halofilliyi müəyyənləşdirilir. Kənd
təsərrüfatında K.-dən kalium gübrəsi kimi geniş istifadə olunur. K.-də
bitkilərə lazım olan başqa mineral maddələr-fosfor, kalsium,
maqnezium, kükürd, bor, manqan, müxtəlif makro və mikroelementlər
də var.
KÜLƏK – havanın üfqi istiqamətində hərəkəti. K. çox mühüm
amildir. İstiliyin və rütubətin bir sahədən digərinə aparılması onunla
əlaqədardır. K. barik qradiyentin təsiri altında əmələ gəlir və təzyiqin
yüksək olduğu sahədən alçaq olduğu sahəyə doğru əsir. Külək istiqaməti
və sürəti ilə səciyyələnir. Sürət m/san və ya Bofort cədvəli üzrə (0-12
ball ilə) göstərilir. K.-in istiqaməti və sürəti flüger və anamometr
vasitəsi ilə ölçülür. Sürəti 0-dan (şələkət) 50 m/san-yədək, yüksək
təbəqələrdə qasırğa zamanı 100 m/san-yədək olur. Ümumi atmosfer
dövranı (passatlar, mussonlar), yerli hava dövranı (dağ-dərə küləkləri,
brizlər və s.), yerli küləklər və s. K-lər məlumdur.
KÜLƏK ENERGETİKASI – külək enerjisini mexaniki, elektrik və
istilik enerjisinə çevirmək və külək enerjisindən xalq təsərrüfatında
məqsədyönlü istifadə etmək üçün nəzəri əsaslar, metodlar və vasitələr
hazırlayan elm və texnika sahəsi.
Energetikanın ən inkişaf etmiş və perspektiv qeyri ənənəvi
variantlarından biri olub, burada ekoloji təmiz və tükənməz enerji
mənbəyi – küləkdən istifadə edilir. Hazırda Almaniya, İngiltərə,
Hollandiya, Danimarka və Amerikada daha çox inkişaf etmişdir.
Külək enerjisindən istifadə etmək üçün Abşeronda böyük potensial
ehtiyatı var.
KÜLƏK EROZİYASI – torpağın, qumun və ana süxurun
sovrulması prosesi. K.e. şiddətli küləklərin təsirindən yüngül mexaniki
tərkibli torpaqların, narın qumların sovrulub aparılması şəklində
müşahidə olunur. K.e.-nın əmələ gəlməsinə iqlimin quraq olması,
şiddətli küləklərin əsməsi, sahədə bitki örtüyünün zəif (seyrək) olması
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
252
və ya heç olmaması səbəb olur. Şoran torpaqlarda duzlar külək
vasitəsilə sovrularaq başqa yerlərə aparılır (impulverizasiya).
K.e. xalq təsərrüfatına böyük ziyan vurur. Abşeron yarımadasında
K.e.-nın gətirdiyi qum yolları, su kəmərlərini, bağları basıb örtür. Bunun
təmizlənməsi üçün çoxlu vəsait tələb olunur. K.e.-nın qarşısını almaq
üçün mexaniki və canlı çəpərlərdən istifadə etmək məsləhət görülür.
Qumları bərkitmək üçün Abşeron şəraitində innab, püstə, zeytun, əncir,
xartut, dəfnə, eldar şamı, nazkolu və s.-dən istifadə edib meşə-bağların
və üzümlüklərin salınması mühüm tədbir sayılır.
KÜLƏŞ – taxıl və paxlalı dənli bitkilərin döyümdən sonra qalan
quru gövdələri; kətan, çətənə, kənaf və bəzi başqa bitkilərin yarpaqdan,
çiçək qrupundan və toxumdan təmizlənmiş quru gövdələrinə də K.
deyilir. Dənli bitkilərin K.-dən əsasən, mal-qaranın yemləndirilməsində
istifadə edilir. K.-dən kağız və karton istehsalında, həsir toxunmasında
və s. sahələrdə istifadə edilir.
KÜLƏYƏ QARŞI MEŞƏ ZOLAQLARI – Bağ, üzümlük, tinglik,
çay, sitrus əkinləri sahələrinin kvartal sərhədləri boyu 1-2 cərgəli zolaq
şəklində yaradılan meşə zolaqları. Küləyin sürətini zəiflədir, güclü külək
vaxtı meyvələrin tökülməsini azaldır, mikroiqlimi yaxşılaşdırır və s.
KÜLƏYƏDAVAMLILIQ – bitkinin küləyə qarşı müqavimət
göstərmə qabiliyyəti.
KÜLTUTAN – tüstü qazlarını küldən təmizləyən aparat. Mexaniki,
elektrik təsirli və kombinəli K.-lar var. Mexaniki K.-da kül elektrik K-
ında (elektrosüzgəclərdə) elektrodlara elektrostatik cazibə qüvvəsi çəkir,
kombinəli K.-da isə ardıcıl quraşdırılmış batareyalı siklonlar və
elektrosüzgəclər tüstü qazlarındakı külü (99%-dək) tutmağa imkan verir.
KÜTLƏVİ QIRĞIN SİLAHLARI – kütləvi tələfat və dağıntı
törətmək üçün silahlar, mövcud növləri: nüvə silahı, kimyəvi silah,
bakterioloji silah və s. K.q.s. raket, təyyarə, artilleriya vasitələri və s. ilə
istənilən məsafədəki hərbi və mülki obyektlərə qarşı tətbiq oluna bilər.
Elm və texnikanın müasir inkişaf səviyyəsi K.q.s.-nın daha müdhiş növ
və sistemlərini (məs., neytron bombası, lazer silahı, geofiziki-ekoloji
silah, annihilyasiya silahı və s.) yaratmağa imkan verir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
252
Q
QABAQCADAN YOXLAMA (rekoqnossirovka) – ərazidə
qabaqcadan marşrut üzrə geobotaniki tədqiqatın aparılması. Bu zaman
daha xarakterik bitki qruplaşmaları vizual (gözəyarı) və onların ekoloji
şəraitlə əlaqəsi aşkar edilir. Q.Y. aparılarkən landşaftın daha xarakterik
elementlərində tək-tək geobotaniki təsvirlər yerinə yetirilir, torpaq
kəsimləri qoyulur və bitki qruplaşmalarının dəyişilmələrinin sxematik
çəkilişləri aparılır.
Q.Y.-dan sonra geniş geobotaniki tədqiqatlar və geobotaniki
xəritələşdirmə işləri yerinə yetirilir.
QABARMA – Ayın və Günəşin cazibə qüvvələrinin təsiri ilə su
səviyyəsinin dövri qalxması (dəniz və okean qabarması), Yer qatlarının
deformasiyaya uğraması (Yer Q.-sı). atmosfer təzyiqinin dövri
dəyişməsi (atmosfer Q.-sı). Yerin ixtiyari nöqtəsindəki və mərkəzindəki
eynikütləli hissəciklərin Ay (Günəş) tərəfindən cəzb olunma
qüvvələrinin fərqinə qabardıcı qüvvə deyilir.
QABARMA VƏ ÇƏKİLMƏ – Ayın və Günəşin cazibə
qüvvəsindən asılı olaraq dəniz səviyyəsinin, atmosfer təzyiqinin dövri
tərəddüdü və Yerin bərk kütləsinin deformasiyası.
QABIQALTI AXINLAR – Yerin qabıqaltı təbəqələrində müxtəlif
kimyəvi və fiziki proseslər nəticəsində maddələrin hərəkəti. Q.a. Yer
qabığında tektonik hərəkətlərin baş verməsinə səbəb olur. Q.a.-ın əmələ
gəlmə səbəbləri və istiqaməti haqqında müxtəlif fikirlər mövcuddur.
Bəzi geoloqlar Q.a-nın varlığını inkar edirlər.
QABIQYEYƏNLƏR (Ipidal) – sərtqanadlılar dəstəsindən böcək
fəsiləsi. Təqr. 3000-dən çox növü məlumdur. Azərbaycanda 100-ə yaxın
növü yayılmışdır. Əsasən, meşə və bağlara, bəzən tarla bitkilərinə zərər
verir. Azərbaycanda meyvə qabıqyeyəni və gavalı qabıqyeyəni daha çox
yayılmışdır. Meşə və bağlarda Q.-ə qarşı profilaktik tədbirlər görülür və
kimyəvi mübarizə aparılır.
Dostları ilə paylaş: |