Siyasət ümumən münasib zamanlarda və məkanlarda dövlət aktlarından
ibarət olan bir aşkarlıqdır, hadisələr cəmidir. Siyasət pilləli və əlaqəli aktlardan
ibarətdir. Siyasət dövlət fəaliyyətinin ümumi adıdır. Onun pozitiv mahiyyəti də
ola bilər. Siyasət zahirən və tərkib strukturu etibarilə alidən aşağıya doğru,
makrodan mikroya qədər forma alan proseslər cəmindən ibarətdir. Burada da
insanların makro və mikro maraqları formalaşır. Siyasətin başlıca qayəsi insan
tələbatlarını, maraqlarını mövcud olan sahələrdə ödəməkdən ibarətdir. Siyasi
fəaliyyətin məzmunu və məzmundan irəli gələn etikası da bunu tələb edir.
Sahələr çoxaspektli olduğundan siyasət də çoxsahəli və mərhələlidir. Lakin
siyasət hər zaman müsbət ola bilmir. Çünki maraqlara müxtəlif bucaqlardan
baxışlar var. Tərkibin müxtəlifliyi siyasətin bütün şəraitlərdə mütləq
pozitivliyini heçə endirir. Lakin başlıca məqsəd ümumən maraqları taraz
şə
kilində təmin etməyə yönəlir. Bu baxımdan da müdrik siyasət, ağıllı,
düşünülmüş və hər kəs üçün faydalı olan siyasət yaranır. Bu kimi siyasət
düşüncələrdə pozitiv dövlət, dəyərli dövlət anlamını ortaya qoyur.