316. Ultrasəs nəzarəti üzrə defektoskopçu İşin xüsusiyyəti. 5-ci dərəcə Əlvan metallardan, iri kristallı quruluşa malik poladdan olan detalların və məmulatların ultrasəs nəzarəti. Xüsusi mürəkkəb və dəqiq defektoskopların və göstəriciləri məsafəyə ötürən avtomatik ultrasəs nəzarət qurğularının standart və sınaq nümunələri üzrə iş rejiminə sazlanması. Sınaq nümunələrinin hazırlanması, eskizlərin tərtibi. Nəzarət nəticələrinin yenidən işlənilməsi. Ultrasəs nəzarəti cədvəlinin və xəritələrin tutulması. Diaqramlar üzrə: amplituda, məsafə, diametr-attenüatorun köməyi ilə cihazların həssaslığının sazlanması. Ayrıcı-əvəzedici dəyişdiricilərlə ultrasəs nəzarətinin aparılması.
Bilməlidir: müxtəlif quruluşlu cisimlərdə uzununa, eninə və səthi ultrasəs titrəyişlərinin yazılma qanunlarını; iki mühit sərhədindən keçən ultrasəs titrəyişinin əsas əksolunma və sınma qanunlarını; elektrovakuum və yarımkeçirici cihazların quruluşunu; xüsusən mürəkkəb və dəqiq ultrasəs defektoskoplarının prinsipial sxemlərini və konstruktiv xüsusiyyətlərini; onların tənzimləmə və yüstirləmə üsullarını; cihazlar işləyərkən nasazlıqların yaranma səbəblərini və onların aradan qaldırılma üsullarını; metalşünaslığın və qaynağın əsaslarını.
İş nümunələri. 1. İçiboş silindrik avarlı vallar-ultrasəs nəzarəti.
2. Avarlı vintlər-qaynaq yerlərin ultrasəs nəzarəti.
3. Diyircəkli yastıqların içlikləri və yastıqları-ultrasəs nəzarəti.
4. Qazan kollektorlarının dibləri-ultrasəs nəzarəti.
5. Vərdənələnmiş kvadrat pəstahlar-ultrasəs nəzarəti.
6. Plastik kütlə, rezin-ultrasəs nəzarəti.
7. Müxtəlif formalı və ölçülü döyülmüş metal parçaları-ultrasəs nəzarəti.
8. Divarların qalınlığı 15 mm-dən yuxarı olan qaynaq birləşmələr-ultrasəs nəzarəti.
9. Korroziyaya davamlı poladdan qayrılmış və əyilmə yerlərində divarların qalınlığı 44 mm-dən yuxarı olan borular-qalınlığın ölçülməsi.
10. Cüt çarxların elementləri-ultrasəs nəzarəti.