450) Hipertermik sindrom zamanı uşağın bədən temperaturu neçə dəqiqədən bir ölçülməlidir?
A) 10-15
B) 50-100
C) 90-120
D) 60-90
E) 30-60
Əgər uşağın bədən temperaturu 39
0
və ondan yuxarı qalxarsa bu hipertermiya sayılır. Bu zaman
uşaq çox narahat olur, tənəffüs tezləşir, ürək vurğularının sayı artır, bəzən də qıcolma ola
bilir.Uşağa ilk yardım edilir və 30- 60 dəqiqədən bir bədən temperaturu yoxlanılır.
Ədəbiyyat: Л. А. Исаева.Л. К. Баженова. .»Детские Болезни» Москва 1986cтр212
451) Hemofiliya xəstəliyi zamanı uşağa əsas preparatlar necə yeridilir?
A) Damardaxili
B) Dərialtı
C) Peroral
D) Əzələdaxili
E) Dəriiçi
Hemofiliya qanın laxtalanma sisteminin pozulması nəticəsində baş verən irsi xəstəlikdir. Xəstəliyin
xarakter sinptomu qansızma və qanaxmalardır ( burundan, ağızboşluğundan dişdibindən və.s). Ona
görə ilk növbədə əvəzedici müalicə aparılır. Yəni qan plazma,damardaxili yeridilir.
Ədəbiyyat: Л. А. Исаева.Л. К. Баженова. .»Детские Болезни» Москва 1986. стр 260