493) Peyvənd otağında vaksinlər saxlanan soyuducularda temperatur neçə dəfə yoxlanılır?
A) Gündə 2 dəfə, səhər işin əvvəlində və axşam iş qurtaranda
B) Temperaturu yoxlamağa ehtiyac yoxdur
C) Gündə 1 dəfə
D) Həftədə 1 dəfə
E) Günaşırı
Uşaq poliklinikasında vaksinasiya aparmaq üçün xüsusi peyvənd otağı olur. Otaqda vaksinləri
saxlamaq üçün soyuducular var.Burada tələb olunan temperatur gözlənilməlidir(+2 +8) Ona görə
gün ərzində 2 dəfə soyuducunun temperaturu yoxlanılır.
Ədəbiyyat: “Təcrübədə immumlaşdırma”Modul 2,.Metodik göstərişlər. Bakı, 2010,səh 15
494) Həll edilmiş AGDT ( göy öskürək, difteriya, tetanus əleyhinə) vaksinin istifadə müddəti nə qədərdir?
A) 5 günədək
B) 2-3 saat
C) Vaxt məhdudiyyəti yoxdur.
D) 7 günədək
E) 1 gün
Difteriya göyöskürək və tetanus əleyhinə kombinə olunmuş vaksin (AGDT) duru vaksindir. Sakit
halda qaldıqda flakonda çöküntü əmələ gəlir.İstifadə etməzdən əvvəl silkələmək, həll etdikdən
sonra isə 5 gün müddətinə istifadə etmək lazımdır.
Ədəbiyyat: “ Təcrübədə İmmunlaşdırma” Modul 2, Metodik göstərişlər. Bakı, 2010,səh 7