569) Uşaqlarda mədənin yuyulmasına əks göstəriş nədir?
A) Dərman zəhərlənməsi
B) Spirtlə zəhərlənmə
C) Mədə qanaxması
D) Qida zəhərlənməsi
E) Perekislə zəhərlənmə
Müxtəlif mənşəli zəhərlənmələrdə, kəskin qastritdə - uşaqda tez-tez qusma , qaytarma olan hallarda
ilk yardım mədənin yuyulmasıdır. Mədə qanaxması zamanı mədənin yuyulması əks göstərişdir.
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 91
570) Yeni doğulmuşun dərisinin ilkin təmizlənməsi necə aparılır?
A) 70%-li spirtlə
B) Furasilinlə
C) 5%-li kalium permanqanatla
D) Steril bitki yağı ilə
E) 2%-li yodla
Yeni doğulmuşun dərisi çox zərif və incə olduğu üçün tez zədələnə bilir. Ona görə yeni
doğulmuşun dərisini steril bitki yağı ilə təmizləmək məsləhətdir.
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 60
571) Yeni doğulmuşlarda Apqar şkalası ilə nə qiymətləndirilir?
A) Reflekslər, tənəffüs fəaliyyəti
B) Uşağın ümumi vəziyyəti
C) Əzələ tonusu, ürək fəaliyyəti
D) Dərinin rəngi , reflekslər
E) Ürək fəaliyyəti, tənəffüs fəaliyyəti, dərinin rəngi, reflekslər
Uşaq doğularkən onun vəziyyətini qiymətləndirmək üçün Apqar şkalasından istifadə olunur.Bu
zaman uşaqda ürəyin fəaliyyətinə, tənəffüsün tezliyinə ,dərinin rənginə, əzələ tonusu və reflekslərə
fikir verilir .Hər əlamətə 2 bal verilərək uşağın vəziyyəti qiymətləndirilir.
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” Bakı”2007 səh 48