A) Trunda
B) Bint yumağı
C) Kürəcik
D) Tənzif-balışcıq
E) Salfet
Drenajlanma drenajların köməyi ilə həyata keçirilir.Drenajlara bunlar
aiddir:trundalar,tamponlar;yastı rezin,borulu və qarışıq drenajlar aiddir.Trunda tənzifdən olan
drenaja aiddir.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее
профессиональное образование), Феникс, 2008 стр.108
811) Aşağı ətrafın tromboflebiti zamanı tibb işçisi iltihab nahiyəsindəki ağrını azaltmaq üçün nə etməlidir?
A) Xəstəyə çarpayıda rahat vəziyyət verməli
B) Bədən hərarətini ölçməli
C) Arterial təzyiqi ölçməli,nəbz sayılmalı
D) Iltihab olan nahiyədə hərəkətsizliyi təmin etməli
E) Xəstənin vəziyyətini müşahidə etməli
Aşağı ətrafın tromboflebiti zamanı tibb bacısı iltihab nahiyəsindəki ağrını azaltmaq üçün iltihab
olan nahiyədə hərəkətsizliyi təmin etməli,həkimin təyinatı ilə ağrıkəsicilər yeritməlidir.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее
профессиональное образование), Феникс, 2008 стр.162
812) “Kəskin qarın” sindromunda ilkin tibbi yardım zamanı nədən istifadə etmək olmaz?
A) Xəstənin xəstəxanaya çatdırılması
B) Qarın nahiyəsinə buz qovuğunun qoyulması
C) Təxirə salınmaz yardımın çağırılması
D) Ağrıkəsicilərin yeridilməsi
E) Xəstəyə horizontal vəziyyətin verilməsi
“Kəskin qarın” sindromunda ilkin tibbi yardım məqsədilə ağrikəsicilərdən istifadə etmək olmaz.Bu
zaman xəstəyə horizontal vəziyyət verməli,qarın nahiyəsinə buz qovuğu qoyaraq təcili sürətdə
xəstəxanaya çatdırılmalıdır.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее
профессиональное образование), Феникс, 2008 стр.343