916) Neçə litr qan itkisi huşunu itirilməsinə ,kollapsa gətirib çıxarır?
A) 1.5 litr
B) 2 litr
C) 1 litr
D) 0.5 litr
E) 0.5-1 litr
Xəstə 2 litr və artıq qan itirdikdən kollaps vəziyyəti yaranır.Dəri soyuyaraq soyuq yapışqan tərlə
örtülür.Nəbz sapvari olmaqla taxikardiya(1 dəqiqədə 150 vurğu) yaranaraq A\T 60-70 mm c.st enir.
917) Kəskin yerli cərrahi infeksiyaların(furunkul,karbunkul,hidradenit ) hansı fazasında novakain antibiotik blokadası tətbiq edilir?
A) Nekrotik
B) Qanqrenoz
C) İrinli-seroz
D) İnfiltrasiya
E) Seroz
Qısa müddətli novakain-antibiotik blokadası kəskin yerli cərrahi infeksiyalarda iltihab prosesinin
qarşısını almaq məqsədilə infiltrasiya fazasında tətbiq edilir.