941) Kimyəvi zədələnmə ocağında ilk tibbi yardımın əsas tədbirlərinə aid deyil?
A) Antidotların vurulması
B) Əlehqazların geyindirilməsi
C) Natamam sanitar təmizlənmənin aparılması
D) Xəsarət almışların zədə ocağından çıxarılması
E) Təkmilləşdirilmiş və ixtisaslaşdırılmış tibbi yardımın təşkili
Təkmilləşdirilmiş və ixtisaslaşdirilmış tibbi yardım hospital şöbədə və klinikada göstərilir.
Ədəbiyyat: A.Musayev “Mülkü müdafiə tibb xidmətinin təşkili” Bakı 2008 səh 122
942) Bakterioloji ocağın ləğv olunmnası tədbirlərinə nə daxil deyil?
A) Bakterioloji ocağın sərhədləri müəyyən olunur.
B) Ərazidə bioloji kəşfiyyatın aparılması
C) Karantin və observasiya təşkil olunur.
D) Sanator- kurort müalicəsi aparılır.
E) Ümumi kəşfiyyatların nəticələrinə görə əhali xəbərdar edilir.
Sanator Kurort müalicəsi xəstələrin reabilitasiyası məqsədilə aparılır. Bakterioloji ocağın ləğv
olunması məqsədi ilə aparılmır.
Ədəbiyyat: A.Musayev “Mülkü müdafiə tibb xidmətinin təşkili” Bakı 2008 səh 126