967) Böyrək patologiyası olan xəstələrə hansı qrup preparatları təyin etmək olmaz?
A) Uroseptiklər
B) Tetrasiklinlər
C) Aminoqlikozidlər
D) Penisillinlər
E) Ftorxinolonlar
Aminoqlikozidlər böyrəklərə nefrotoksik təsir göstərərək onların funksiyalarını pozur və buna görə
də bu preparatı böyrək patologiyası olan xəstələrə təyin etmək olmaz.
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 479
968) Eşitmə sinirin nevriti zamanı hansı preparatı təyin etmək olmaz?
A) Eritromisin
B) Oksasillin
C) Streptomisin
D) Penisillin
E) Pefloksasin
Streptomisinin təsirindən eşitmə sinirin zədələnməsi, vestibulyar aparatın funksiyalarının pozulması
baş verir və buna görə də bu preparatı eşitmə sinirin nevriti zamanı təyin etmək olmaz.
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 480