Fənn: Klinik psixologiya



Yüklə 361,88 Kb.
Pdf görüntüsü
səhifə19/32
tarix29.12.2016
ölçüsü361,88 Kb.
#3816
1   ...   15   16   17   18   19   20   21   22   ...   32
        Fenomenologiya 

      Psixoanalizlə  eyni  vaxtda  Almaniya  və  İsveçrədə  psixologiyanın  yeni  cərəyanı  yarandı. 

Fenomenologiya  adını  almış  bu  cərəyanın  əsasını  xəstələrin  ruhi  həyatının  subyektiv 

təzahürlərinin  öyrənilməsi  təşkil  edir.  Bu  metodun  əsas  məqsədi  sağlam  və  patoloji  psixi 

proseslərin  müşahidəsi  və  təsviridir.  Psixologiyanın  digər  cərəyanlarından  fərqli  olaraq 

fenomenologiyada müşahidələrin sayı deyil, ayrılıqda götürülmüş hər bir hadisənin mahiyyətinə 




10 

 

varmaq, onun dərinliyinə nüfuz etmək mühüm əhəmiyyət kəsb edir. Beləliklə, əsas informasiya 



mənbəyi  kimi  təcrübi  məlumatlar  və  testlərin  nəticələri  deyil,  pasiyentin  özünün  nəql  etdiyi 

subyektiv duyğular və düşüncələr ön plana çəkilir. 

     Fenomenologiyanın  baniləri  Hüsserel  və  Yaspersin  fikrincə,  konkret  xəstənin  ayrılıqda 

götürülmüş  subyektiv  hisslərinin  öyrənilməsi  digər  xəstələrə  də  xas  olan  qanunauyğunluqları 

aşkara  çıxarmağa  imkan  verir.  Digər  tərəfdən  ümumi  qanunauyğunluqlar  çərçivəsindən  kənara 

çıxan  unikal  və  təkrarolunmaz  təsadüflər  fenomenologiya  üçün  qiymətli  hesab  olunur.  Psixi 

həyatın  ümumi  kontekstindən  müəyyən  fenomenləri  ayıraraq  şəxsin  subyektiv  hisslərini  ətraf 

aləmin obyektiv şəraitinə qarşı qoymaq fenomenologiyanın əsas prinsipini təşkil edir. Bu zaman 

müşahidə  və  təsvir  tədqiqatçının  şəxsi  təfəkkür  modelindən  və  nəzəri  konsepsiyalarından  asılı 

olmadan  həyata  keçirilməlidir.  Əvvəlcədən  belə  qəbul  edilmişdir  ki,  fenomenlərdən  hər  biri 

tədqiqatçının marağından asılı olaraq müxtəlif baxımdan qiymətləndirilə bilər. 

    Fenomenlərin  təsnifatı  həyat  proseslərindən,  onların  psixi  sferaya  aid  edilməsindən  asılıdır. 

Belə  ki,  obyektiv  həqiqətin  dərk  olunması,  bir-birindən  xeyli  fərqlənən  qavrama  və  təsəvvür 

fenomenlərin  iştirakı  ilə  həyata  keçirilir.  Qavrama  obyektiv  xarakter  daşıyır,  xarici  mühitdə 

meydana  çıxır,  kifayət  qədər  aydınlığa  malik  olur,  yaxşı  yadda  qalır,  şəxsin  iradəsindən  asılı 

olur. 


   Ekzistensial psixologiya 

  Birinci və ikinci dünya müharibələrinin acınacaqlı nəticələri, ağır iqtisadi vəziyyət, cəmiyyətin 

humanizm  dehumanizasiyası,  eləcə  də,  insan  psixologiyasını  bioloji  mövqedən  izah  etmək 

cəhdlərinin  iflasa  uğraması  psixologiyada  fenomenologiya  cərəyanının  ekzistensional  cərəyana 

transformasiyasına təkan verdi. Ekzistensionalizm cərəyanının əsasını ekzistensiya “insanın özü-

özündə mövcudluğu”, eləcə də onun azadlığı və daxili aləminin formalaşması üçün məsuliyyət 

daşınması  təşkil  edir.  Ekzistensionalizm  nümayəndələri  L.Binsvanker,  Q.Haydaqqer, 

S.Kyerkkoqor  və  Kuntsa  görə  insan  varlıq,  şüur  və  mənəviyyatı  özündə  birləşdirən,  digər 

canlılardan fərqlənən yeganə məxluqdur. İnsan, nəinki yaşayır və duyur, həmçinin yaşadığını və 

duyduğunu  bilir.  Bu  bilik  onun  subyektiv  kateqoriyaları  obyektivlərdən  fərqləndirmək 

qabiliyyətindən  irəli  gəlir.  Öz  varlığının  dərk  olunması  subyektiv  kateqoriyadır. 

Ekzistensialistlərin  fikrincə,  hər  bir  şəxs  zaman  və  məkan  sərhədləri  ilə  məhdudlaşmışdır.  O, 

həmçinin keçmişlə əlaqədar olan, eyni zamanda gələcəkdə davam edəcək səbəb əlaqə anlayışları 

və  dəyərlər  aləmində  bu  hüdudlardan  kənarda  qalan  hər  bir  şey  dərketmənin  vacib  stimulu, 

azadlığın  mənbəyidir.  Ekzistensializm  baxımından  azadlıq  digərlərinin  iradəsindən  asılı 

olmayaraq  qərar  qəbul  etmək  imkanı  ilə  əlaqədardır.  Insan  həmişə  seçim  qarşısında  durur  və 

seçimini  etdikdə,  onu,  özü  olmaq  imkanına  yaxınlaşdıran  şərtsiz  qərar  qəbul  etmiş  olur. 

Ekzistensionalizm  insanın  təkmilləşməsi  yolunda  duran  çoxlu  maneələri  müəyyən  etmişdir: 




Yüklə 361,88 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin