528
Фирузя Мяммядли
yolu ilə yaranması faktından çıxış edərək, bu
üsulun leksik yolla söz yaratmanın bir üsulu kimi
qəbul edir. O yazır: «Kalka
üsulu ilə sözyaratma
barəsində dilçilikdə bir-birindən fərqli fıkirlər ol-
muşdur. Bəzilərinin fıkrincə, kalka üsulu ilə
yaranan sözlər alınmadır və ya alınma sözlərin bir
növüdür.
R.A.Budaqov,
Q.Q.Musabayev,
Ş.A.Abiyeva və sairlərin fıkrinə görə, kalkalar
əcnəbi sözlərin quruluşu əsasında formalaşdığı
üçün alınmaların bir növü hesab edilməlidir.
İkinci fıkir tərəfdarları (N.A.Baskakov,
A.A.Reformatski və s.) kalkaları alınma
hesab
etməmiş, kalka üsulu ilə yaranan sözləri hər bir
dilin daxili imkanları, qrammatik qaydaları əsa-
sında yarandığı fıkrini söyləmişlər.
Kalkaları alınanların bir növü hesab etmək
düzgün deyildir. Bu yolla söz yaratma dilin daxili
imkanları və qanunları əsasında baş verir.
Ona görə
də kalka üsulu ilə söz yaratma dilin daxili
imkanları əsasında sözyaratmanın bir növü kimi
qəbul edilməlidir.
Ona görə ki, başqa bir xalqdan
gələn anlayışı ifadə etmək üçün milli dilin öz
leksik-qrammatik imkanlarından istifadə edilir.
Burada yalnız anlayış,
məfhum bir xalqdan
digərinə keçir, ötürülür. Ancaq həmin anlayışı,
məfhumu ifadə edən Söz isə milli dilin bazası
əsasında yaranır, formalaşır». (4.397)
Alimin bu fıkri ilə tam razılaşmaq lazım
gəlir. Amma fıkrimizcə, kalka üsulu ilə söz