Fənnin «Тədris planı»ndakı yeri. «Nanotexnologiyanın
əsasları» fənni «Fizika – 050503» ixtisası üzrə bakalavr hazırlı-
ğının «Tədris planı»nda «İxtisasın peşə hazırlığının seçmə fən-
ləri» qrupuna (İPFS-B04) daxildir. Fənnin tədrisi üsulları. Mühazirə, seminar, laboratoriya işlə-
ri, sərbəst işlər və kollekviumlar.
FƏNNİN MƏZMUNU 1. Maddənin quruluşu və xassələri arasında əlaqə, ölçü effektləri. Nanostrukturlar. Nanotexnologiyanın elmi əsasları və
inkişaf perspektivləri. Maddənin quruluş-xassə əlaqəsinin mak-
roskopik və mikroskopik təsvirləri. Bərk cismin səthi və adsorb-
siya. Bərk cismin səthində baş verən proseslərin elektron aspekt-
ləri.