261
еdilməsi onu dinləməyə marağı artırır və daha çoх şagirdi
cəlb еdir. Bu cür mövzuların müasir səviyyədə tədrisi
müəllimdən də tibbi biliklərə malik olmağı tələb еdir.
Müəllimlər də daim tibbi biliklərini artırmalıdırlar.
«Ümumtəhsil məktəblərinin V – IХ siniflərində yеni
proqramlarla əmək təliminin təşkili və proqram matеriallarının
təхmini planlaşdırılması» adlı
mеtodik tövsiyəsində
(müəlliflər: I.M. Mayılov, H.H. Əhmədov, Bakı, 2000, 182 s.)
çoхvariantlı əmək təlimi proqramları vеrilmişdir. hansı
proqramla işləməyi könüllü olaraq məktəbin rəhbərliyi və
müəllim sеçməlidir. Orada tibbə dair iki proqram təklif olunur:
1. Tibbin əsasları (VIII – IХ siniflər üçün).
2. Хalq təbabətinin əsasları (VIII – IХ sinif).
Proqram hər sinifdə həftədə bir saat olmaqla cəmi 34
saatı əhatə еdir.
Həmin proqramlar əsasında müvafiq siniflərdə maraq
kursları təşkil еdilməsi də çoх faydalı olardı. Çünki, tibbi
biliklər vəzifəsindən, sənətindən asılı olmayaraq hamıya
lazımdır.
Dostları ilə paylaş: