HƏyatin gerçƏK


Dişlər, pəncələr və digər orqanlar



Yüklə 1,74 Mb.
səhifə20/72
tarix06.02.2017
ölçüsü1,74 Mb.
#7785
1   ...   16   17   18   19   20   21   22   23   ...   72

Dişlər, pəncələr və digər orqanlar


Təkamülçü bioloqların archæopteryxi ara keçid forma kimi göstərərkən əsaslandıqları ən mühüm iki cəhət isə bu canlının qanadlarının üzərindəki pəncələri və ağzındakı dişləridir.

Archæopteryxin qanadlarında pəncələrinin və ağzında dişlərinin olduğu doğrudur, ancaq bu xüsusiyyətləri canlının sürünənlərlə hər hansı əlaqəsi olduğunu göstərmir. Çünki dövrümüzdə yaşayan iki cür quşda – touraco corythaixopisthocomus hoazində də budaqlara yapışmağa kömək edən pəncələr var. Bu canlılar heç bir sürünən xüsusiyyəti daşımayan tam formalı quşdurlar. Ona görə də archæopteryxin qanadlarında pəncələrinin olması və bu səbəbdən də ara forma olması iddiası əsassızdır.

Archæopteryxin ağzındakı dişləri də canlını ara forma hesab etməyə əsas vermir. Təkamülçülər bu dişlərin sürünən xüsusiyyəti olduğunu irəli sürərək yanılırlar. Çünki dişlər sürünənlərin tipik xüsusiyyəti deyil. Dövrümüzdə bəzi sürünənlərin dişləri var, bəzilərininki isə yoxdur. Daha da önəmli olan cəhət budur ki, dişli quşlar təkcə archæopteryxlə məhdudlaşmır. Dövrümüzdə dişli quşların artıq yaşamadıqları doğrudur, ancaq fosillərə baxdıqda istər archæopteryx ilə eyni dövrdə, istərsə də daha sonra, hətta dövrümüzə olduqca yaxın tarixlərə qədər “dişli quşlar” adlandırılan fərqli quş qrupunun yaşadığını görərik.

Ən mühüm məsələ isə ondadır ki, archæopteryx və digər dişli quşların diş formaları bu quşların “təkamül əcdadları” hesab edilən dinozavrların diş formalarından çox fərqlidir. L.D.Martin, J.D.Stuart və K.N.Uetstoun kimi məşhur ornitoloqların apardıqları ölçmələrə əsasən, archæopteryxin və digər dişli quşların dişlərinin üstü düzdür və kökləri genişdir. Lakin bu quşların əcdadı olduğu iddia edilən teropoddinozavrlarının dişlərinin üstü mişar kimi çıxıntılıdır və kökləri də dardır.128 Eyni tədqiqatçılar eyni zamanda archæopteryx ilə onun “əcdadları” hesab edilən teropod dinozavrlarının bilək sümüklərini müqayisə etmişlər və aralarında heç bir bənzərlik olmadığını üzə çıxarmışlar.129



Archæopteryxin dinozavrlardan təkamül yolu ilə törədiyini iddia edən qabaqcıl təkamülçülərdən biri olan Con Ostromun bu canlı ilə dinozavrlar arasında irəli sürdüyü bəzi “bənzərliklər”in isə əslində səhv şərh olduğu S.Tarsitano, M.K.Hext və A.D.Uolker kimi anatomistlərin tədqiqatları ilə aşkar olmuşdur.130

A.D.Uolker archæopteryxin qulaq hissəsini də tədqiq etmiş və qulaq formasının da dövrümüzün quşlarınınkı ilə eyni olduğunu bildirmişdir.131

Ueyls Universitetinin Biologiya Elmləri İnstitutundan C.Riçard Hinçlif isə rüşeymlər üzərində müasir izotopik texnikadan istifadə edərək quşların əllərinin II, III və IV barmaqlardan ibarət olduğunu, teropod dinozavrlarınkının isə I, II və III barmaqlardan təşkil olunduğunu müəyyən etmişdir. Bu isə archæopteryx-dinozavr əlaqəsinin müdafiə edənlər üçün böyük problemdir.132 Hinçlifin tədqiqatları və müşahidələri məşhur elmi jurnal olan “Elm”in (Science) 1997-ci ildəki bir sayında belə dərc edilmişdir:

Teropodlarla quş sümükləri arasındakı homologiya “dinozavr mənşəyi” hipotezi ilə əlaqədar digər bəzi problemləri də yada salır. Onlardan bəziləri bunlardır: (i) archæopteryx qanadı ilə müqayisə edildikdə (bədən ölçüsünə görə) teropodun daha kiçik olan qabaq qolu. Bu cür kiçik qollar olduqca böyük dinozavrın yerdən yuxarıya doğru qanad açıb uçması üçün inandırıcı ön qanad deyil. (ii) Teropodlardakı bilək sümüyü sadəcə dörd növdə var. Teropodların çoxunda bilək sümüyü çox sayda hissələrdən təşkil olunmuşdur. Bunun archæopteryx ilə bənzərlik təşkil gətirməsi çox çətindir. (iii) Zaman baxımından müqayisə ilə bağlı paradoks isə bir çox teropod dinozavrın və xüsusilə də quşabənzər dromazavrların fosil qeydlərində archæopteryxdən daha sonra tapılmalarıdır.132

Hinçlifin bildirdiyi “zaman baxımından uyğunsuzluq” archæopteryx haqqındakı təkamülçü iddialara ən öldürücü zərbəni endirən həqiqətlərdən biridir. Amerikalı bioloq Conatan Uels də 2000-ci ildə nəşr edilən “Təkamülün ikonları” (İcons of evolution) adlı kitabında archæopteryxin təkamül adına sanki “ikona” (müqəddəs simvol) çevrildiyini, əslində isə dəlillərin bu canlının “quşların ibtidai əcdadı” olmadığını açıq şəkildə göstərdiyini vurğulayır. Uelsin fikrincə, bunun göstəricilərindən biri archæopteryxin əcdadı kimi göstərilən teropod dinozavrların əslində archæopteryxdən daha gənc olmalarıdır: “Yerdə qaçan ikiayaqlı dinozavrlar archæopteryxin nəzəri əcdadlarından gözlənilən bəzi xüsusiyyətlərə malikdirlər, amma (fosil qeydlərində) archæopteryxdən daha sonra üzə çıxırlar”.133

Bütün bunlar archæopteryxin ara keçid forma olmadığını, sadəcə “dişli quşlar” adlandırılan başqa bir sinifə aid olduğunu göstərir. Bu canlını teropod dinozavrlarla əlaqələndirmək isə olduqca əsassızdır. Amerikalı bioloq Riçard L.Dim də ““Quşlar dinozavrdır” nəzəriyyəsinin sonu” (Demise of the “Birds are dinosaurs” theory) adlı məqaləsində quş-dinozavr təkamülü iddiası və archæopteryx haqqında bunları yazır:

Son tədqiqatların nəticələri göstərir ki, teropod dinozavrların əlləri (qabaq qol sümüklərindəki) birinci, ikinci və üçüncü xanələrdən törəmişdir, amma quşların qanadları ikinci, üçüncü və dördüncü xanələrdən törəyirlər... “Quşlar dinozavrdır” nəzəriyyəsi ilə əlaqədar başqa problemlər də vardır. Teropodların qabaq ayaqları archæopteryxlə müqayisədə bədənlərinə görə çox kiçikdir. Bu canlıların ağır bədənlərini də düşündükdə bir cür “ön qanad” (proto-wing) inkişafı ehtimalı qeyri-mümkündür. Teropod dinozavrların çoxunda (quşlardakı) semilunatik bilək sümüyü yoxdur və archæopteryxdə heç bir bənzəri olmayan bəzi bilək hissələri var. Bütün teropodlarda V1 sinirləri digər bəzi sinirlərlə birlikdə kəllə sümüyünün yan tərəfində qurtarır, quşlarda isə eyni sinirlər kəllə sümüyünü ön tərəfdəki xüsusi dəlikdən keçərək qurtarır. Başqa bir problem isə teropodların çox böyük qisminin archæopteryxdən daha sonra ortaya çıxmalarıdır.134


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin