3.Plazmodesmalar: bitki hüceyrələrində görülən hüceyrələr arasıə əlaqə şəklidir. Bitki hüceyrələri sellüloza kimi sağlam bir hüceyrə xarici matriksə sahib olduqlarından hüceyrələr hüceyrə çəpərində buraxılan keçid sahələrindəki protoplazmik çıxıntılar ilə xəbərləşirlər. Protoplazmik çıxıntılar əslində endiplazmatik şəbəkə kanallarının qonşu hüceyrələrə keçməsi şəklində təyin oluna bilər. Bu formada hüceyrə çəpərindəki açıqlıqlarda desmotübül deyilən borucuqlar yaranır və hüceyrələrin sitoplazmaları arasında maddələrin keçidi edilə bilir (şəkil 4.32).