kompüter haqqında
”
elm olmaqdan daha genişdir. Akademik B.M. Qluşkovun və V.S. Mixaleviçin fikrinə
görə informatika kompüterləşdirilmiş informasiya sistemlərinin fəaliyyətinin
layihələndirilməsinin
işlənməsinin,
yaradılmasının,
səmərəliliyinin
qiymətləndirilməsinin, onun müxtəlif sahələrdə tətbiqinin və təsirinin bütün
aspektlərini öyrənən kompleks elmdir.
İnformatikanın ən mühüm və vacib fənnlərdən biri kimi əksər dünya
ölkələrinin, həmçinin bizim ölkəmizin təhsil sistemlərində öyrənilməsinə xüsusi
diqqət yetirilir. İnformatika insanın zehni inkişafına kömək edir, məntiqi
İ N F O R M A T İ K A
____________________________________________________________
10
təfəkkürün formalaşmasında, mühakimə və dərketmə qabiliyyətlərinin
yüksəlməsində əhəmiyyətli rol oynayır.
İnformatika bir elm sahəsi kimi gündəlik həyatda, dəqiq və humanitar elm
sahələrinin inkişafında, texnika və müasir texnologiyaların təkmilləşdirilməsi
prosesində ortaya çıxan problemlərin həllində insanların yaxın köməkçisinə
çevrilir. İnformatika insanların elmi, praktiki biliklərinin genişlənməsində, yeni
ixtisaslara yiyələnməsində mühüm rol oynayır.
Viktor Mixayloviç Qluşkov Vladimir Sergeyeviç Mixaleviç
İnformatika fənninin əsas tərkib hissələri aşağıdakılardan ibarətdir:
İnformasiya və informasiya prosesləri
. İnformasiya öyrənilən obyektlər
və hadisələr haqqında müəyyən faktlar və onlar arasındakı asılılıqlar şəklində
ifadə olunan bilik və məlumatları əks etdirir. İnformasiya prosesləri informasiyalar
üzərində yerinə yetirilən müxtəlif proseslərin məcmusu kimi başa düşülür.
Formalaşdırma,
modelləşdirmə,
alqoritmləşdirmə
və
proqramlaşdırma.
Kompüterlərdən istifadə etməklə obyektin modelinin
qurulması bir neçə zəruri mərhələləri əhatə edir.
Formalaşdırma mərhələsində tədqiqat obyekti haqqında olan nəzəri fikirlər,
müvafiq anlayışlar, əsas təsir edici amillər, inkişaf göstəriciləri, asılılıqlar,
qanunauyğunluqlar və s. əsasında onun konseptual modeli qurulur. Riyazi
modelin reallaşdırılması üçün həll alqoritmi işlənilir və həmin alqoritm
proqramlaşdırma dillərinin köməyi ilə kompüter proqramına çevrilir.
|