Qeyri-polyar kovalent rabitə (QPKR)
Polyar kovalent rabitə
QPKR-yaranmasında eyni elmentin, PKR-nin yaranmasında isə müxtəlif elementlərin atomları iştirak edir. Kosselə görə H2, N2, Cl2, H2O, CH4 və s. molekulların əmələ gəlmə mexanizmi izah edilmir. Bu molekulların mövcud olmasını əsaslandırmaq üçün amerika alimi C.Lyuis 1916-ci ildə öz nəzəriyyəsini irəli sürmüşdür. Onun bu nəzəriyyəsində rabitənin əmələ gəlməsinin əsasını təsirsiz qazlarda olduğu kimi 8 elektronlu (okted) təbəqənin yaranması təşkil edir. Lakin Lyuisə görə bu zaman, yəni belə halda rabitə, atomlar arasında əmələ gələn bir və ya bir neçə elektron cütü hesabına yaranır.
Kovalent rabitə əsasən iki müxtəlif mexanizm üzrə əmələ gəlir.
Əks-spinli tək elektronların qoşalaşması ilə.
Donor-akseptor mexanizmi ilə.
Birinci halda kovalent rabitə atomların əks-spinli tək elektronlarının şərikləşdirilməsi yolu ilə yaranır və həmin proses elektron buludlarının qapanması kimi təsəvvür olunur. Bu halda əmələ gələn rabitələrin sayı şərikli elektron cütlərinin və yaxud hər bir atoma məxsus tək elektronların sayına bərabərdir. Həm eyni (s-s, p-p, d-d), həm müxtəlif (s-p, s-d, p-d) elektron orbitallarının qapanması nəticəsində kovalent rabitənin əmələ gəlməsi aşağıdakı şəkildə göstərilir. Həmin orbitalların qapanmasından müxtəlif enerjili kovalent rabitə yaranır.
Kimyəvi rabitə yaradan hər elektron cütü bir valent xətlə (-) işarə olunur.
Rabitənin əmələgəlmə mümkünlüyünü göstərmək üçün atomdakı tək elektronların sayını və valentliyini müəyyən etmək vacibdir. Belə elektronlar bəzən atomun normal, bəzən də həyəcanlanmış vəziyyətində yaranır.
Kovalent rabitə həm eyni (H2 ,O2, F2, Cl2 molekullarında, almaz kristalında), həm də müxtəlif atomlar (H2O, HCl, NH3) arasında yaranır. Buna uyğun olaraq kovalent rabitə qeyri-polyar və polyar olaraq iki qrupa bölünür.
Eyni atomlar arasında yaranan rabitə qeyri-polyar kovalent rabitə adlanır. Bu halda rabitədəki elektron cütü atomlar arasında simmetrik yerləşir, yəni hər iki atomdan eyni məsafədə olur və elektron sıxlığı bərabər paylanır.
Əgər rabitədə atomların elektromənfilikləri müxtəlif olarsa, onda şərikləşdirilmiş elektron cütü qeyri simmetrik vəziyyət alır, yəni elektron cütü elektromənfiliyi çox olan atoma doğru cəzb olunur. Elektron cütləri qeyri-simmetrik yerləşən rabitə polyar kovalent rabitə adlanır. (H2O, HF, CCl4 və s). Kimyəvi rabitənin polyarlıq dərəcəsinin miqdar ölçüsü dipolun elektrik momentidir. Dipolun elektrik momentinin ölçü vahidi debay (D) və ya kulon vurulmuş metrdir
Dostları ilə paylaş: |