Həll edici ilə həll olan maddə hissəciklərinin əks istiqamətli hərəkəti nəticəsində bir-birində paylanmasına diffuziya deyilir. Həlledicinin birtərəfli diffuziya nəticəsində yaranan təzyiqə Osmos təzyiqi deyilir. Təcrübədə məhlulun Osmos təzyiqini ölçmək üçün osmometr istifadə edirlər. Osmos təzyiqini qatılıqdan və temperaturdan aslılığını ilk 1887 ci ildə Alman alimi Pfeffer öyrənərək qanuna uyğunluqlar müəyyən etmişdir.
2. Sabit qatılıqda məhlulun osmos təzyiqi onun temperaturu ilə düz mütənasibdir.
Hollandiya alimi Vant-Hoff qeyri-elektrolit məhlulların osmos təzyiqi haqqında Pfefferin təcrübəsində müşahidə etdiyi qanuauyğunluqlarla qaz qanunları arasında tam oxşarlıq olduğunu müəyyən etmişdir. O, göstərmişdir ki, uçucu olmayan qeyri-elektrolitlərin duru məhlullarında həll olan maddə özünü qaz molekulları kimi aparır.
Hollandiya alimi Vant-Hoff qeyri-edektrolitlərin duru məhlullarında osmos təzyiqini öyrənərək aşağıdakı qanunu vermişdir:
Həll olan maddə qaz halına keçirildikdə, eüni temperaturda onun həcmi məhlulun həcminə çatdıqda, qazın təzyiqi məhlulun osmos təzyiqinə bərabər olur.
Vant-Hoff müəyyən etmişdir ki, qeyri-elektrolitlərin duru məhlullarının osmos təzyiqini Mendeleyev-Klapeyron tənliyinə əsasən hesablamaq olar:
Həll olan maddənin mol sayının məhlulun həcminə nisbəti molyar qatılığı ifadə edir. Bu nisbəti C ilə işarə etsək, aşağıdakı ifadəni alarıq:
Deməli, məhlulun osmos təzyiqi onun molyar qatılığı və mütləq temperaturu ilə düz mütənasibdir. Məhlulun təzyiqi məlum olduqda, Vant-Hoff qanununa əsasən həll olan maddənin molyar kütləsini hesablamaq olar. Bu məqsədlə tənliyində ilə əvəz etsək, o zaman:
Vant-Hoff qanunu qeyri-elektrolitlərin duru məhlullarına tətbiq edilir. Qeyri-elektrolitlərin qatı məhlulları və xüsusilə elektrolitlərin sulu məhlulları üçün düzgün nəticələr alınmır.