Kimyanın ilkin qanunları. Kütlə və enerjinin saxlanması qanunu



Yüklə 264,24 Kb.
səhifə24/25
tarix26.04.2023
ölçüsü264,24 Kb.
#103108
1   ...   17   18   19   20   21   22   23   24   25
kimya imtahan cvb

10Fe0 + 4NaOH + 6Na N+5O3 → 5Na2Fe+6O4 + 3N2 + 2H2O

  1. Dəmirin oksid və hidroksidlərinin alınması və xassələri.

Dəminin aşağıdakı oksidləri məlumdur:
FeO; Fe2O3; FeO3; Fe3O4(FeO∙ Fe2O3)
əsasi oksid amfoter oksid turşu oksidi qarışıq oksid
1. Dəmir 2-oksid qara rəngli, suda həll olmayan əsasi ok­sid olub, nisbətən davamsızdır. Onu aşağıdakı reaksiyalar əsasında almaq olar.
Fe2O3 + H2 → 2FeO + H2O
FeCO3FeO + CO2
FeC2O4 FeO + CO + CO2
Dəmir 2-oksid suda həll olmadığına görə uyğun hidro­k­si­di­ suda həll olan duzlarına qələvi məhlulu ilə təsir etməklə alınır.
FeSO4 + 2NaOH → Na2SO4 + Fe(OH)2
Dəmir 2-hiroksid bozumtul-yaşıl rəngli suda həll olmayan mad­də olub, havada saxladıqda tədricən oksidləşərək qonur-qəh­vəyi rəngli Fe(OH)3-ə çevrilir.
4Fe(OH)2 + O2 + 2H2O → 4Fe(OH)3
2. Dəmir 3-oksid qəhvəyi maddə olub dəmir sülügəni adla­nır. Onu aşağıdakı reaksiyalarla almaq olur.
4Fe + 3O2 → 2Fe2O3
2Fe(OH)3 Fe2O3 + 3H2O
4Fe(NO3)3 2Fe­2O3 + 12NO2 + 3O2
Dəmir 3-oksid amfoter xassəli olduğuna görə həm turşu, həm də əritdikdə qələvilər və qələvi metalların karbonatları ilə qarşılıqlı təsirdə olaraq ferritərə çevrilir.
Fe2O3 + 2NaOH → 2NaFeO2 + H2O
Fe2O3 + Na2CO3 → 2NaFeO2 + CO2
Dəmir 3-oksid suda həll olmadığına görə onun hidroksidi­ni dolayı üsulla alırlar.
FeCl3 + 3KOH → Fe(OH)3  + 3KCl
O, qəhvəyi rəngli suda həll olmayan hidroksid olub, am­fo­ter xassəlidir. Ona görə də, həm turşu, həm də qələvilərlə qarşılıqlı təsirdə olub, aşağıdakı müvafiq duzları əmələ gətirir.
2Fe(OH)3 + 3H2SO4 → Fe2(SO4)3 +6H2O
Fe(OH)3 + KOH → KFeO2 + 2H2O

H3FeO3 - H2O → HFeO2
ortoferrit metaferrit
3. Dəmir 6-oksid (FeO3) turşu xassəli olub dəmir qatı HNO3-lə passivləşdiyi zaman qoruyucu örtük əmələ gətirir.
FeO3 və ona uyğun gələn ferrat turşusu – sərbəst halda alınmamışdır. Lakin ferrat turşusunun duzları olan fer­rat­lar davamlı birləşmələrdir.
4. Fe3O4 qarışıq oksid olub qara rəngli birləşmədir. O, tə­biət­də maqnetit mineralı şəklində tapılır ki, o həm maqnit, həm də yarım keçirici xassəyə malikdir. Onun düsturu belədir:

Ona metaferrit turşusunun dəmir duzu kimi də baxılır:


Fe3O4  Fe(FeO2)2

  1. Dəmir 3+ və dəmir 2+ ionlarının sari və qırmızı qan duzları ilə təyini.

İki və üçvalentli dəmir duzlarına sianidlərlə təsir etdikdə suda həll olmayan Fe(CN)2 və Fe(CN)3 duzları alınır ki, onlar sianidin artıq miqdarda həll olaraq kompleks birləşmələr əmələ gətirir.
FeCl2 + 2KCN → Fe(CN)2 + 2KCl
Fe(CN)2 + 4KCN → K4[Fe+2(CN)6 sarı qan duzu
Sarı qan duzundan üçvalentli dəmir ionlarını təyin etmək üçün istifadə olunur ki, bu zaman Berlin abısı adlanan göy rəngli çöküntü alınır.
4FeCl3 + 3K4[Fe+2(CN)6 → Fe4+3 [Fe+2(CN)63 + 12KCl
Qırmızı qan duzu isə ikivalentli dəmir ionlarını təyin et­mək üçün istifadə olunur. Onun ikivalentli dəmir duzları ilə qar­şılıqlı təsirindən trunbul abısı adlanan tünd göy rəngli çö­kün­tü alınır.
FeCl3 + 3KCN → Fe(CN)3 + 3KCl
Fe(CN)3 + 3KCN → K3Fe+3(CN6) qırmızı qan duzu


  1. Yüklə 264,24 Kb.

    Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin