Komputer şƏBƏKƏLƏRİ VƏ telekommunikasiYA



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə42/57
tarix10.05.2022
ölçüsü1,04 Mb.
#57181
1   ...   38   39   40   41   42   43   44   45   ...   57


17. E-mail (elektron poçt) 

Elektron poçtu Amerikadan olan professor Rey Tomlinson (Ray Tomlinson) 

icad etmişdir. Proqramı sınaqdan keçirmək üçün Tomlinson öz otağındakı şəbəkəyə 

qoşulmuş iki kompüterdən istifadə etdi. Elektron poçtla ilk məktubu o, elə özünə 

göndərdi. Tomlinsonun xatirələrində deyilir ki, həmin məktub klaviaturanın yuxarı 

hissəsində yerləşən böyük hərflərdən idi, təxminən QWERTYUIOP kimi bir sətir. 

     1971-ci ildə Tomlinson öz dahiyanə ixtirasını edərkən müasir İnternetin prototipi 

olan  ARPANET  şəbəkəsini   (ABŞ  Müdafiə  Nazırliyinin  Perspektiv  Tədqiqatlar 

İdarəsinin Şəbəkəsi)  yaradan BBN şirkətində işləyirdi. O, elektron poçtu rəhbərliyin 

tapşırığı olmadan, sadəcə şəxsi marağı olduğu üçün yaratmışdı. E-poçtun əsasında 




 

 

40 

 

Deck  firmasının  kompüterləri  ilə  işləyən  tədqiqatçı  və  proqramçıların  istifadə 



etdikləri və artıq mövcud olan mətn məlumatları ötürən bir proqram dururdu. Lakin 

bu  proqramın  köməyilə  yalnız  bir  kompüterin  istifadəçiləri  bir-birilə  məlumat 

mübadiləsi  apara  bilirdi.  Tomlinsona  sadəcə  digər  kompüterlərə  də  məlumatların 

ötürülməsi imkanını təmin etmək qalırdı və o, verilənlərin ötürülməsi protokulunu 

bir qədər dəyişdirdikdən sonra poçt proqramının ilk versiyası alındı. 

      Tomlinson  dünyada  ilk  poçt  proqramını  yaratdıqdan  sonra  onu  iş  yoldaşlarına 

göstərdi  və  onlardan  bu  haqda  heç  kimə  danışmamağı  xahiş  etdi,  görünür, 

müdiriyyətin onu xidməti vəzifəsinə etinasızlıq göstərməkdə günahlandıracağından 

ehtiyat edirdi. Lakin sonradan elektron poçtdan ilk istifadə edənlərdən biri də onun 

müdiri  Larri  Roberts  oldu.  Bir  müddətdən  sonra  o,  bütün  işgüzar  yazışmalarını 

elektron formaya çevirdi və nəticədə onun işçiləri də istər-istəməz müdirlərinin yolu 

ilə getməli oldular. 

     Elektron poçtun yayılması XX əsrin 80-cı illərinin ortalarında fərdi kompüterlər 

meydana gəldikdən sonra kəskin şəkildə sürətləndi. 

Elektron poçt (E-mail) - İNTERNET istifadəçilərinin ən çox istifadə etdiyi 

xidmətlərdən  biridir.  Elektron  poçt  vasitəsilə  ani  bir  zamanda  bütün  dünya 

miqyasında istənilən şəxslə (kompüterlə) məktublaşmaq olar. Bu xidmətdən istifadə 

etmək üçün hər bir şəxsin elektron poçt ünvanı olmalıdır. Həmin ünvanı komputerin 

İNTERNET-lə  əlaqəsini  təşkil  edən  provayder  təqdim  edir.  Bu  xidmət  tam 

pulsuzdur.  İNTERNET-ə  qoşulan  hər  bir  şəxs  bu  xidmətdən  istifadə  etmək  üçün 

özünə elektron poçt ünvanı götürə bilər. 

Elektron  poçt  ünvanı  əməliyyat  mühitindən  asılı  olaraq  DNS  üslubunda 

(WINDOWS mühitində) və ya aşkar ünvanlaşdırma üslubunda (UNİX mühitində) 

tərtib  edilə  bilər.  Domen  ünvanlaşdırma  üslubunda  qurulan  elektron  poçt  ünvanı 

ümumi şəkildə belə yazılır: 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin