205
- 1939-cu ildə dünya neft elmində ilk dəfə olaraq, Murtuza Nağıyevin
termik krekinqin timsalında resurkulyasiyanın köməyi ilə kimyəvi proseslərin
sürətləndirilməsinin nəzəri əsaslarının şərh edildiyi tədqiqatları nəşr edildi;
- 1942-ci ildə akademik Yusif Məmmədəliyev aviasiya benzinləri üçün
misilsiz yüksək oktantlı komponentlərin alınması üzrə tam yeni metod kəşf
etdi. Onun rəhbərliyi altında neft xammallarından toluolun sintezinin yeni
sənaye metodu işlənib-hazırlandı və tətbiq edildi. Bunun nəticəsində partladıcı
maddələrin alınmasında istifadə edilən toluolun kefyiyyətini son dərəcə artırdı;
- 1949-cu ildə dünyada ilk dəfə olaraq Bakıda açıq dənizdə hidro-
texniki qurğuların inşasına başlayan ―Qiprodənizneftqaz‖ elmi-tədqiqat və
layihə institutu təsis edildi;
- 1977-ci ildə dünyada ilk dəfə olaraq professor Bahadur Zeynalov neft
neften karbohidrogenlərinin birbaşa oksidləşdirilməsi yolu ilə sintetik naften
turşusununi alınması prosesini işləyib-hazırladı;
- 2002-ci ildə dünya neft təcrübəsində ilk dəfə olaraq professor
Əliməmməd Şabanov neft laylarının su tərkibini müəyyənləşdirmək üçün
kimyəvi sensorları və spin-nişanlanmış üzvi birləşmələri tətbiq etdi;
- 2005-ci il akademik Y.Q.Məmmədəliyevin yüz illik yubileyi şərəfinə
YUENSKO-nun qərarı ilə 2005-ci il Yusif Məmmədəliyev ili elan edildi.
Görkəmli neft kimyaçısı – Qələbə yanacağının ixtiraçısı II dünya
müharibəsində faşizm üzərində qələbənin çalınmasında misilsiz rol oynamışdır
(1).
Yuxarıda qeyd olunmuş, önəmli faktlar və arqumentlərdən aydın olaraq
görünür ki, Azərbaycanda neftə dair elmi-tədqiqatların aparılması, neftin
emalı, istismarı, nəqli və s. dünya neft sənayesinə əvəzsiz elmi və təcrübi
faydalar vermişdir. Belə ki, həm dünya neft sənayesi tarixində, həm də müasir
dövr müxtəlif neft sahələri üzrə milli və beynəlxalq layihələrin, elmi-
ixtiraların icad edilməsində Azərbaycan neftinin və xüsusilə də Azərbaycan
alimlərinin xidmətləri danılmaz faktlardandır.
Dostları ilə paylaş: