1.3. Biznes infrastrukturunun funksiyaları və tərkibi
İqtisadçı alimlərdən bir qrupu bazar infrastrukturunu yerinə yetirdiyi
funksiyaların spesifikliyinə görə ayırırlar. Onların fikrincə, bazar infrastrukturu, bir
tərəfdən, bazar subyektlərinin qarşılıqlı əlaqələrinin fasiləsiz fəaliyyətini təmin
edir, digər tərəfdən isə, əmtəə-pul axınlarının hərəkətini tənzimləyir. Eyni zamanda
onlar hesab edirlər ki, hər hansı sosial-iqtisadi sistemin tərkib hissəsi kimi fəaliyyət
göstərən bazar infrastrukturu, bu sistemə daxil olan obyekt və subyektlərin
qarşılıqlı əlaqələrinin fasiləsizliyini təmin edən elementlərin məcmusudur. Bazar
infrastrukturuna ixtisaslaşmış müxtəlif təsərrüfat subyektlərini qarşılıqlı surətdə
əlaqələndirən, “spesifik alt sistem” kimi baxmaqla, əslində, onu bir-birilə üzvi
vəhdətdə olan sərbəst bazarlar kompleksi kimi qəbul etmirlər. Bundan başqa, bazar
infrastrukturunun spesifik funksiyaları kimi təqdim olunan funksiyalar digər
infrastrukturların funksiyalarından heç nə ilə fərqlənmirlər. Odur ki, bizim
fikrimizcə, funksilonal nöqteyi-nəzərdən, bazar infrastrukturunun, maddi texnoloji,
təşkilati, informasiya, maliyyə və hüquqi xarakterə malik olmaqla, müstəqil
bazarların fəaliyyət mexanizmlərinin məcmusu kimi dərk olunması dərin elmi
əsaslara malikdir. Bazar infrastrukturu özünün funksional fəallığını artırmaqla,
22
iqtisadiyyatın tərkib hissəsi kimi, öz növbəsində iqtisadi funksiyaların, hər şeydən
əvvəl isə, ehtiyatların optimal akkumlyasiyası və onlardan təsərrüfat fəaliyyəti
məhsulları istehsal etmək funksiyasının yerinə yetirilməsinə imkan və şərait
yaradır.
İnfrastruktur bir sıra funksiyalar yerinə yetirir: [44, 19]
1. vasitəçilik funksiyası. Malların istehsalçılardan istehlakçılara irəli
sürülməsindən (pul, qiymətli kağızlar, fiziki kapital, əmək və s.), ticarət, maliyyə
sazişlərinin sadələşdirilməsi, sənədlərin müşayiət olunmasının təminatı,
müqavilələrin bağlanması və s.-dən ibarətdir.
2. informasiya (konsultasiya) funksiyası: biznesi iqtisadi, hüquqi, texniki və
s. informasiya ilə təmin olunması və iqtisadi, hüquqi və başqa məsələlər üzrə
konsultasiyaların həyata keçirilməsi
3. nizamlayıcı funksiya – işgüzar fəallığın nizama salınması, biznesə
şəraitlərin yaradılması və stimullaşdırılması, biznesin təşkilində yardım etmədir.
Dostları ilə paylaş: |