III FƏSİL. AZƏRBAYCANIN BİZNES İNFRASTRUKTURUNUN
TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ
3.1. Biznes infrastrukturunun perpesktiv inkişaf istiqamətləri
Bazar İqtisadiyyatına keçid zamanı tələb olunan ünsürlər hüquqi bazanın
təmin olunmasını və yeni iqtisadi mexanizmlərin yaradılmasıdır. Sərbəst
iqtisadiyyat qurmaq, işsizliyin və inflyasiyanın qarşısnı almaq, dayanıqlı iqtisadi
sabitliyə çatmaq, iqtisadi cəhətdən artımı, sosial ədalətliliyi, bazar infrastukturunu
təmin etməkdən ötrü güclü hüquqi təminat meydana gətirmək gərəkdir.
İqtisadiyatın normal tənzimlənməsi və effektiv fəaliyyət göstərməsi üçün
dövlətin müdafiə və hüquqi təminat sahəsindəki işi onun əsas funksiyası rolunda
iştirak edir. Təsadüfi deyil ki, İ. Kant göstərmişdir ki, «İqtisadiyyat ədalətli deyil,
səmərəli olmalı».
Dövlət effektiv bazar iqtisadiyyatını təmin etməkdən ötrü mülkiyyət
inhisarçılığının qarşısını almaq, ekoloji vəziyyətin və ətraf mühitin
sağlamlaşdırılması, sosial-iqtisadi inkişafa stimul verən vergi sisteminin tətbiq
olunması, özəlləşdirmə, xüsusi sahibkarlıq, bazar infrastukturunun yaradılması,
maliyyə-kredit sisteminin normal formada tənzimlənməsi, əhalinin sosial
müdafıəsi, idarəetmədə sisteminin təkmilləşdirilməsi, xarici - iqtisadi
münasibətlərin düzgün təşkil edilməsi və s. sektorlar üzrə uyğun qanunlar işləyib
hazırlayır.
İqtisadiyyat sahəsi dövlətin işindən öncə vətəndaş cəmiyyətinin başlıca işinə
çevrilməlidir. Bazar İqtisadiyyatında dövlət İqtisadi münasibətlərd zamanı
inhisarçı kimi deyil, bazar iştirakçılarından biri rolunda özünü göstərir.
Sərbəst iqtisadiyyatın qurulması və dövlətin inhisarçılığının tamamən aradan
qaldırılması məqsədi ilə iqtisadi həyatın tamamən hərtərəfli və yeni normativ
hüquqi bazası yaradılmalıdır.
Bazar iqtisadiyyatı sistemində dövlət xüsusi mülkiyət hüququndan istifadəni
və bu mülkiyətin istifadə olunmasından gəlir əldə etmək hüququnu müəyyən edir
və təsbitləyir. Xüsusi mülkiyyətin dövlət tərəfindən müdafiəsi fabrik, dükan,
torpaqla bərabər, intellektual mülkiyətə də daxildir. Əks təqdirdə, sahibkarlar və
57
şirkətlər intellektual sektora sərmayə qoymazlar [14, 132].
Mülkiyyət hüququnu müəyyən edib, onu qorumaq, effektiv hüquqi sistem
yaratmaq yolu ilə dövlət, əmtəə və xidmətlərə cəmiyyətin tərəfindən köməklik
göstərilməsinə, onların xüsusi bazarlarının effektiv fəaliyyətinə nail olur.
Bazarın təminatı sahəsində Azərbaycanda son vaxtlarda xeyli iş görülmüş, bir
sıra qanunlar qəbul olunmuş, yeni bazar infrastrukturunun elementləri
yaradılmışdır.
Başa vurduğumuz 2016-cı ildə beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin daha
da təkmilləşdirilməsi və biznes mühitinin səmərəliliyinin artırılması və
investisiyaların təşviq edilməsi istiqamətində də bir sıra mühüm tədbirlər planı
hazırlanmış və tətbiqi həyata keçirilmişdir.
Hal-hazırda dünyada gedən iqtisadi və siyasi proseslər ölkəmizin
iqtisadiyyatının idxaldan asılılığını aşağı salmaq, rəqabət qabiliyyətliliyini
artırmaq, insan kapitalından effektiv istifadə etmək, ixraca yönəlmiş qeyri-neft
iqtisadiyatının əsaslı inkişaf etməsini təmin etmək kimi prioritetləri ön plana
çəkilməyi vacib edir.
AR Prezidentinin 2016-cı il 16 mart tarixində imzaladığı sərəncamı ilə
"İqtisadiyyatın əsas bölmələri üzrə Strateji yol xəritəsinin və Milli iqtisadiyyatın
(bundan sonra SYX) başlıca istiqamətləri" təsdiq edilmiş və uyğun olaraq inkişaf
planlarının işlənilməsi məqsədiylə İşçi qrupu yaradılmışdır. SYX Azərbaycan
iqtisadiyyatını iterasiya metodu ilə hərtərəfli şəkildə - həm makro (milli
iqtisadiyyat), həm də mikro (sektorlar) səviyyədə əhatə edəcək şəkildə
hazırlanmışdır. 2016-cı il 6 dekabr tarixində AR. Prezidentinin verdiyi Fərman
əsasında iqtisadiyyatın əsas bölmələri üzrə strateji yol xəritələri və Milli
iqtisadiyyat aşağıda göstərilmiş perspektivlər üzrə təsdiq edilmişdir [15]:
1.
" AR.nın milli iqtisadiyyat üstünlükləri üzrə SYX ";
2. " AR.nın qaz və neft sənayesinin (kimya məhsulları daxil olunmaqla) inkişafına
aid SYX ";
3. " AR.da kənd təsərrüfatının məhsullarının emalına və istehsalına aid SYX ";
4. " AR.da orta və kiçik sahibkarlıq dərəcəsində istehlak olunan malların
58
istehsalına aid SYX ";
5. " AR.da maşınqayırmanın və ağır sənaye inkişafına aid SYX ";
6. " AR.da ixtisaslaşdırılmış turizm sənayesi sahəsinin inkişafına aid SYX";
7. " AR.da ticarət və logistikanın inkişafına aid SYX ";
8. " AR.da münasib qiymətə mənzil təminatının inkişafı sahəsinə aid SYX ";
9. " AR.da peşə təlimi və təhsilinin inkişafına aid SYX ";
10. " AR.da maliyyə xidmətləri sahəsinin inkişafına aid SYX
11. " AR.da informasiya və telekommunikasiya texnologiyalarının inkişafına aid
Dostları ilə paylaş: |