KONDENSATORUN ELEKTRİK TUTUMUNUN DƏYİŞƏN CƏRƏYAN KÖRPÜSÜ VASİTƏSİ İLƏ TƏYİNİ
İşin məqsədi:Dəyişən cərəyan körpüsünün iş prinsipi ilə tanışlıq, kondensatorun elektrik tutumunun dəyişən cərəyan körpüsü vasitəsi ilə təyini.
Ləvazimat: məlum və naməlum tutumlu kondensatorlar, reoxord, telefon, osilloqraf, dəyişən cərəyan mənbəyi, səs generatoru.
Qısa nəzəri məlumat.
Təklənmiş naqilin (yəni başqa naqillərdən təcrid edilmiş) elektrik tutumu C, onun yükünün q potensialına olan nisbəti kimi təyin olunur:
Naqilin elektrik tutumu ətraf cisimlərin yaxınlaşması ilə artır. Bu ona görə baş verir ki, yüklənmiş naqilin yaratdığı sahənin təsiri altında ona yaxınlaşdırılan cisimlərdə induksiya yükləri (naqillərdə) və ya bağlı yüklər (dielektriklərdə) yaranır. Bu öz növbəsində potensiallar fərqinin müəyyən qədər azalmasına səbəb olur. Belə olan halda qarşılıqlı tutumdan danışmaq olar. Qarşılıqlı elektrik tutumuna malik olan və özündə yük toplaya bilən qurğular kondensatorlar adlanırlar. Kondensatorların ümumi şəkildə elektrik tutumu