32
Neft Daşları yatağınında tətbiq edilən bu texnologiya işçi
agentin fasilələrlə verilməsinin qaz xəttini açıb-bağlamaq yolu ilə
həyata keçirilməsinə əsaslanır. Maili istiqamətlənmiş qazlift
quyularının həlqəvi fəzasına işçi agentin fasilələrlə verilməsi
nəticəsində başmaqla lülənin süzgəc hissəsi arasında yerləşən qum
tərkibli qaz-maye qarışığına dalğalarla təsir baş verir. Bununla da
maksimum qum tıxacı yığılan zonaya rəqsi təsir prosesi təmin edilir.
Qumlu qaz-maye qarışığına bu cür təsir qum dənəciklərinin
birləşərək sıxlaşmasına imkan vermir və onun mayedə asılı
vəziyyətdə qalmasına şərait yaradır, nəticədə qum təzahürlü
quyunun normal işi təmin olunur.
Dostları ilə paylaş: