107) 28 - günlük aybaşı siklində endometriumda deskvamasiya fazası başlayır:
A) 28 - ci gündən
B) 14 - 15 - ci gündən
C) 6 - 7 - ci gündən
D) aybaşı başlanan anda
E) 21 - ci gündən
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
108) İkincili cinsi əlamətlərə aid deyil:
A) süd vəzi areolun tündləşməsi, gilələrin qabarması
B) süd vəzilərinin böyüməsi
C) xarici cinsiyyət üzvləri nahiyəsində tüklənmə
D) qoltuqaltı çuxurların tüklənməsi
E) piylənmə
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
109) İkncili cinsi əlamətlərə aiddir:
A) qalaktoreya
B) qoltuqaltı çuxurların tüklənməsi
C) piylənmə
D) hirsutizm
E) allopesiya
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
110) 28 - günlük aybaşı siklinin 14 - cü günündə bazal hərarətin qalxması əlaqəlidir:
A) follikulun yetişgənliyinin müxtəlif səviyyəsi ilə
B) sarı cismin yetişgənliyinin müxtəlif səviyyəsi ilə
C) follikulun atreziyası ilə
D) aybaşı ilə
E) ovulyasiya ilə
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
Dostları ilə paylaş: |