A-münaqişənin mövcud olmasının qəbul olunmamasının arzu edilməsi (tez təsir altına düşmək və fərdiliyin uzlaşdırılması);
B-müxalif tərəflə birləşmə (üzüyolalıq və kooperasiyanın uzlaşdırılması);
C-özünün mövqeyinin tutuşdurulması (inadkarlıq və fərdiliyin uzlaşması);
D-münaqişənin həllində əməkdaşlıq (inadkarlıq və kooperasiyanın uzlaşdırılması).
Birinci 3 davranış modeli az perspektivlidir. Münaqişə tərəfləri qarşılıqlı qəbul oluna bilən qərarların axtarışına və qəbuluna səylərini yönəltdikdə D modeli diqqəti çəkir (münaqişənin həllində əməkdaşlıq).
Cavab74 Münaqişənin aşağıdakı funksional nəticələri vardır:
Problem elə yolla həll edilə bilər ki, o bütün tərəflər üçün məqbul olar, nəticədə insanlar problemin həllində onların rolunun olduğunu düşünərlər.
Gələcək münaqişəli situasiyalarda adamlar kompromisə və əməkdaşlığa meyilli olurlar.
İşçilər arasında ədavəti düşmənçiliyi aradan qaldırır.
İnsanlar öz iradəsi əlehinə getmək situasiyasından xilas olunur.
Qrup düşüncəsi imkanı aradan qalxır
Qəbul edilən qərarların keyfiyyəti yüksək olur və onların yerinə yetirilməsində kollektiv üzvlərinin hamısı həvəslə iştirak edir.
Münaqişənin disfuksional nəticələri:
1.Narazılıq, ruh düşkünlüyü, kadr axıcılığının artması və məhsuldarlığın aşağı düşməsi.
2.Gələcəkdə aşağı dərəcədə əməkdaşlıq
3.Öz qrupuna güclü sədaqət və təşkiladakı digər qruplarla qeyri-məhsuldar rəqabət
4. Qarşı tərəfi düşmən hesab etmək ,öz məqsədlərini müsbət digərlırinin məqsədlərini isə mənfi
hesab etmək
5. Münaqişə edən tərəflər arasında qarşılıqlı əlaqələrin və ünsiyyətin aradan qalxması
6. Münaqişə edən tərəflər arasında qarşılıqlı əlaqələr və ünsiyyətin aradan qalxdıqca düşmənciliyin artması.
7. Real problemi həll etmək əvəzinə münaqişədə “qələbəyə” daha böyük önəm verilməsi
Cavab75 Münaqişəli situasiyanın idarə edilməsi üsullarını iki kateqoriyaya bölürlər: